Icma.az
close
up
RU
Mersin döner də dava düşdü Kuryerə görə 1200 manat cərimələndi

Mersin döner də dava düşdü Kuryerə görə 1200 manat cərimələndi

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakının Nizami rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 23-də baş verib. Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Mikayıl həmin gün saat 12 radələrində dönərçi işlədiyi “Mersin dönər” adlı restoranda kuryer işləyən Nail işlərin çox olduğu zaman işləməyib, iş yerini özbaşına tərk edib. Bu zaman o, Naili izləyib və rayonunun Q Qarayev prospektində ona yaxınlaşaraq işə qayıtmasını tələb edib. Bu zaman Mikayıl Naildən rədd cavabı aldıqdan sonra heç bir əsaslı səbəb olmadan ictimai yer olan həmin ünvanda onun ünvanına nalayiq ifadələr işlədib, qəflətən yumruğu ilə onun sifətinin çənə nahiyəsinə bir dəfə vurub. 
Hadisəni törədən Mikayılın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Mikayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Mersin” restoranında dönərçi işləyir, Nail isə həmin kafedə kuryer işləyir:
“Kafedə müdirin olmadığı zaman sifarişləri mən qəbul edib, onların çatdırılmasına nəzarət edirəm. İyulun 23-də, günorta saat 12 radələrində sifarişlərin çox olan zaman Nailin iş yoldaşım ilə zarafatlaşdığını, işləmək istəmədiyini gördüm. Ona izah elədim ki, işləmək istəmirsə, bunu müdiriyyətə bildirsin, işdən çıxsın. Bu səbəbdən aramızda sözlü mübahisə yarandı. Daha sonra Nail kafedən çıxaraq getdi. Nailin işini yarımçıq qoyaraq getməsinə əsəbləşdim, onun arxası ilə getdim. Q.Qarayev prospekti, “Dominos Pizza” restoranının arxasında Nailə yaxınlaşdım, onun işi qoyaraq getməsinə əsəbləşdim, ona qarşı nalayiq ifadə işlətdim. Nail də mənə cavab qaytardı. Mən Naili baş nahiyəsindən yumruqla vurdum. Daha sonra biz ayrıldıq. Mən işlədiyim yerə geri qayıtdım”. 
Nizami Rayon Məhkəməsinin hökmü ilə Mikayıl 1200 manat məbləğində cərimə cəzasına məhkum edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Yanvar 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri