“Məshətinin şeirlərini oxumaq üçün gərək üç nöqtədən istifadə olunsun” Filoloq alim | Icma…
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir. “Film dalğası qalıb kənarda, hamı ağzına gələni danışır.
Əgər təhliliniz sırf filmlə bağlıdırsa, elə ondan danışın. Şəxsən mən filmin necə olması haqqında da heç nə deyə bilmərəm, çünki baxmamışam.
Lakin Məshəti haqqında nə qədər istəsəniz danışa bilərəm”. Bu sözləri “Yeni Sabah”a filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy deyib.
O, erotik məzmunlu epizoduna görə Mədəniyyət Nazirliyinin Bakı Film Festivalında nümayişinə icazə verilməyən "Məhsəti" filminin baş qəhrəmanı ilə real Məshəti Gəncəvinin nə qədər üst-üstə düşdüyünə toxunub: “Gerçək şairə Məshəti azərbaycanlı olmayıb.
Onun atası Orta Asiyadan Azərbaycana Səlcuqilər dövründə gəlib. Həm də milliyyətcə tacik və hərbçi olub.
Gəncədə məskunlaşdıqdan sonra müharibələrin birində şəhid olub. Atası öləndə Məshəti balaca uşaq olub.
Yetim uşağın olduğu ailə Gəncədə necə yaşasın?! İndinin özündə Gəncədə yaşamaq çətindirsə, görün 12-ci yüzillikdə vəziyyət necə olub.
Onu deyə bilmərəm ki, nəyə görə bu adamın şeirlərində biədəb sözlər var. Onların heç biri adam içində deyiləsi deyil.
Tam oxu
Xəbəri oxu