Icma.az
close
up
RU
“Məshətinin şeirlərini oxumaq üçün gərək üç nöqtədən istifadə olunsun” Filoloq alim

“Məshətinin şeirlərini oxumaq üçün gərək üç nöqtədən istifadə olunsun” Filoloq alim

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Film dalğası qalıb kənarda, hamı ağzına gələni danışır. Əgər təhliliniz sırf filmlə bağlıdırsa, elə ondan danışın. Şəxsən mən filmin necə olması haqqında da heç nə deyə bilmərəm, çünki baxmamışam. Lakin Məshəti haqqında nə qədər istəsəniz danışa bilərəm”.

Bu sözləri “Yeni Sabah”a filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy deyib.

O, erotik məzmunlu epizoduna görə Mədəniyyət Nazirliyinin Bakı Film Festivalında nümayişinə icazə verilməyən "Məhsəti" filminin baş qəhrəmanı ilə real Məshəti Gəncəvinin nə qədər üst-üstə düşdüyünə toxunub:

“Gerçək şairə Məshəti azərbaycanlı olmayıb. Onun atası Orta Asiyadan Azərbaycana Səlcuqilər dövründə gəlib. Həm də milliyyətcə tacik və hərbçi olub. Gəncədə məskunlaşdıqdan sonra müharibələrin birində şəhid olub.

Atası öləndə Məshəti balaca uşaq olub. Yetim uşağın olduğu ailə Gəncədə necə yaşasın?! İndinin özündə Gəncədə yaşamaq çətindirsə, görün 12-ci yüzillikdə vəziyyət necə olub.

Onu deyə bilmərəm ki, nəyə görə bu adamın şeirlərində biədəb sözlər var. Onların heç biri adam içində deyiləsi deyil. Onun şeirlərini farsca oxuyan hər kəs başa düşür ki, onları çap etmək mümkün deyil. Lakin Məhsətinin bəzi rübailəri çap olunub.

Sözümün canı budur ki, o, azərbaycanlı deyil, şeirləri də əxlaqsız ifadələrlə doludur. Yəni Məshəti aydan arı, sudan duru biri olmayıb”.

F. Qurbansoy qeyd edib ki, həmin dövr çox pis öyrənilib və çoxluq bu barədə məlumatsızdır:

“Bəzi mənbələr qeyd edir ki, Nizami Gəncəvi Məshətini sevib. Belə şey olmayıb. Nizaminin ondan zəhləsi gedib. Hətta deyib ki, onun yazdıqlarını mən bir gecəyə yazaram. Bunu Məmməd Səid Ordubadi “Qılınc və Qələm” əsərində qeyd edib. Məshəti onun az qala nənəsi yaşda olub. Amma hərə bir şey deyir. Ayıbdır e! Yəqin filmin yaradıcıları da Məshəti haqqında oxuyub və ssenarini ona uyğun qurublar”.

Filoloq-alim bildirib ki, Məshətinin şeirlərini söyləmək üçün gərək başdan sona qədər üç nöqtədən istifadə olunsun:

“Şeirlərini də əzbər bilirəm. Deyə də bilərəm, amma heç deyiləsi deyil. Başdan ayağa ədəbsiz sözlər! Məshəti Gəncəvinin dərsliklərdə bir dənə rübaisi var, o da əslində, Ömər Xəyyamındır. Məshətidən bir şeiri Nigar Rəfibəyli, birini də Mirmehdi Seyidzadə tərcümə edib.

Mənə pis təsir edən budur ki, filmi tənqid edirlər, öz işləridir, lakin Suada Qranının atasını (keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev - red.) işə qatmaq, baxmadan film haqqında necə gəldi danışmaq əxlaqsızlıqdır!” 

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri