Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Amerikalı aktyor Cin Hekman cəsədi tapılmazdan haradasa 10 gün qabaq ölübmüş.
Oxu.Az-ın CNN-ə istinadla məlumatına görə, bu barədə Santa-Fe şəhərinin şerifi Adan Mendoza xəbər verib.
O, aktyorun kardiostimulyator məlumatlarına əsaslanıb. "Aktivlik məlumatlarına görə, aktyor Cin Hekmanın kardiostimulyatoru onun böyük ehtim
O və həyat yoldaşı Nyu-Meksikodakı evlərində ölü tapılmamışdan çox əvvəl vəfat etmiş ola bilərlər", - deyə nəşrdə bildirilir.
Kardiostimulyatorun son aktivliyi 17 fevralda qeydə alınıb. Xatırladaq ki, fevralın 27-də Cin Hekman və onun həyat yoldaşı, pianoçu Betsi Ar
Polis hələlik zorakılıq əlamətləri aşkar etməyib, amma hakimiyyət orqanları cəsədlərin tədqiq edildiyini və onların dəm qazından zəhərlənməd
Aktyorun qızlarından biri Lesli Enn Hekman atasının və anası Betsi Arakavanın ölümünün sirr olaraq qaldığını bildirib.
Onun sözlərinə görə, ailə cütlüyün ölüm səbəbi ilə bağlı hüquq-mühafizə orqanlarından cavab gözləyir və hələ də baş verənləri anlamağa çalışır.