Icma.az
close
up
RU
Məşhur amerikalı aktyorun və arvadının ölümündə MÜƏMMA

Məşhur amerikalı aktyorun və arvadının ölümündə MÜƏMMA

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Amerikalı aktyor Cin Hekman cəsədi tapılmazdan haradasa 10 gün qabaq ölübmüş.

Oxu.Az-ın CNN-ə istinadla məlumatına görə, bu barədə Santa-Fe şəhərinin şerifi Adan Mendoza xəbər verib.

O, aktyorun kardiostimulyator məlumatlarına əsaslanıb.

"Aktivlik məlumatlarına görə, aktyor Cin Hekmanın kardiostimulyatoru onun böyük ehtimalla doqquz gün ərzində ölü vəziyyətdə olduğunu göstərir. O və həyat yoldaşı Nyu-Meksikodakı evlərində ölü tapılmamışdan çox əvvəl vəfat etmiş ola bilərlər", - deyə nəşrdə bildirilir.

Kardiostimulyatorun son aktivliyi 17 fevralda qeydə alınıb.

Xatırladaq ki, fevralın 27-də Cin Hekman və onun həyat yoldaşı, pianoçu Betsi Arakava Santa-Fe şəhərindəki evlərində ölü tapılıblar.

Polis hələlik zorakılıq əlamətləri aşkar etməyib, amma hakimiyyət orqanları cəsədlərin tədqiq edildiyini və onların dəm qazından zəhərlənmədiklərini açıqlayıb.

Aktyorun qızlarından biri Lesli Enn Hekman atasının və anası Betsi Arakavanın ölümünün sirr olaraq qaldığını bildirib. Onun sözlərinə görə, ailə cütlüyün ölüm səbəbi ilə bağlı hüquq-mühafizə orqanlarından cavab gözləyir və hələ də baş verənləri anlamağa çalışır. Eyni zamanda, aktyorun qızı atasının hər hansı bir problemi olduğuna dair heç bir əlamət olmadığını vurğulayıb.

Qeyd edək ki, evində ölü vəziyyətdə tapılan Hekman 95, həyat yoldaşı Arakava isə 63 yaşında olub. Hollivud ulduzu "The French Connection" və "Unforgiven" filmlərindəki rollarına görə iki dəfə "Oskar" mükafatına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Mart 2025 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri