Məşhur aviaşirkətin təyyarələrində böcək aşkarlandı | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir. "Turkish Airlines"ın sərnişinləri aviaşirkətin təyyarələrinin göyərtəsində yataq bö
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Məlumata görə, həşəratlar 2024-cü ilin martında Yohannesburqdan İstanbula uçan təyyarədə tapılıb.
Daha sonra oktyabr ayında İstanbuldan San-Fransiskoya reyslərdən də böcəklərin olması ilə bağlı məlumat yayılıb.
Nəşr qeyd edir ki, Türk Hava Yolları sərnişinlərə müxtəlif kompensasiya variantları təklif edib.
“The New York Times”ın məlumatına görə, 400-ə yaxın təyyarə ilə 300-dən çox istiqamətə uçuşlar həyata keçirən aviaşirkət məsələ ilə bağlı açıqlama verməyib.
Qəzetə danışan ekspertlər bildirib ki, bir təyyarənin yataq böcəklərindən təmizlənməsi 2-5 gün çəkir və itirilmiş gəlir, eləcə də təmizlik xərcləri nəzərə alınmaqla 75-125 min dollara başa gələ bilər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu