Məşhur aviaşirkətin təyyarələrində böcək aşkarlandı
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.
"Turkish Airlines"ın sərnişinləri aviaşirkətin təyyarələrinin göyərtəsində yataq böcəklərinin olduğunu bildirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Məlumata görə, həşəratlar 2024-cü ilin martında Yohannesburqdan İstanbula uçan təyyarədə tapılıb. Daha sonra oktyabr ayında İstanbuldan San-Fransiskoya reyslərdən də böcəklərin olması ilə bağlı məlumat yayılıb.
Nəşr qeyd edir ki, Türk Hava Yolları sərnişinlərə müxtəlif kompensasiya variantları təklif edib. “The New York Times”ın məlumatına görə, 400-ə yaxın təyyarə ilə 300-dən çox istiqamətə uçuşlar həyata keçirən aviaşirkət məsələ ilə bağlı açıqlama verməyib.
Qəzetə danışan ekspertlər bildirib ki, bir təyyarənin yataq böcəklərindən təmizlənməsi 2-5 gün çəkir və itirilmiş gəlir, eləcə də təmizlik xərcləri nəzərə alınmaqla 75-125 min dollara başa gələ bilər.
Baxış sayı:97
Bu xəbər 01 Yanvar 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















