Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ də assosiasiya prezidenti SEÇİLDİ

23.07.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Görkəmli bəstəkar Cövdət Hacıyevin və SSRİ Xalq artisti Əminə Dilbazinin qızı Pərvin Muradova-Dilbazi Brevard Musiqi Müəllimləri Assosiasiyasının (The Brevard Music Teachers Association) prezidenti seçilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil şahverdiyev məlumat yayıb.

ABŞ-nin Florida ştatında yaşayan Pərvin Muradova-Dilbazi Florida Texnologiya Universitetinin professoru, Floridanın "Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti"nin Mədəniyyət işləri üzrə direktorudur. O, həmçinin, ABŞ-də musiqi müəllimləri üzrə yüksək peşəkarlıq və tədris keyfiyyətinin göstəricisi olan “Musiqi Müəllimləri üzrə Milli Sertifikatlı Müəllim” (“Nationally Certified Teacher of Music-NTCM”) titulunun sahibidir. Pərvin Muradova-Dilbazinin təşəbbüsü ilə hər il “Florida Keys” adlı beynəlxalq musiqi müsabiqəsi təşkil edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью