Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ də assosiasiya prezidenti SEÇİLDİ
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Görkəmli bəstəkar Cövdət Hacıyevin və SSRİ Xalq artisti Əminə Dilbazinin qızı Pərvin Muradova-Dilbazi Brevard Musiqi Müəllimləri Assosiasiyasının (The Brevard Music Teachers Association) prezidenti seçilib.
Redaktor.az xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil şahverdiyev məlumat yayıb.
ABŞ-nin Florida ştatında yaşayan Pərvin Muradova-Dilbazi Florida Texnologiya Universitetinin professoru, Floridanın "Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti"nin Mədəniyyət işləri üzrə direktorudur. O, həmçinin, ABŞ-də musiqi müəllimləri üzrə yüksək peşəkarlıq və tədris keyfiyyətinin göstəricisi olan “Musiqi Müəllimləri üzrə Milli Sertifikatlı Müəllim” (“Nationally Certified Teacher of Music-NTCM”) titulunun sahibidir. Pərvin Muradova-Dilbazinin təşəbbüsü ilə hər il “Florida Keys” adlı beynəlxalq musiqi müsabiqəsi təşkil edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 23 İyul 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















