Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məşhur britaniyalı müğənni Robbi Uilyamsa ciddi qidalanma çatışmazlığı səbəbindən sinqa (skorbut) diaqnozu qoyulub.
Oxu.Az-ın məlumatına görə, ulduz bu barədə "The Mirror"a müsahibəsində danışıb.
Müğənninin sözlərinə görə, keçən il arıqlamaq məqsədilə iştahanı azaldan dərmanlar qəbul etməyə başlayıb.
O, demək olar ki, yeməyi dayandırıb və buna görə iki dəfə arıqlayıb.
"Mən yeməyi dayandırdım, beləliklə qida maddələrsiz və "C" vitaminsiz qaldım.
XVII əsrin dəniz qulduru xəstəliyi - skorbut" , - deyə müğənni bildirib.
O, ətrafındakıların onun arıqladığı barədə dediklərindən məmnunluq duyduğunu bildirib.