Icma.az
close
up
RU
Məşhur britaniyalı müğənni Robbi Uilyams XVII əsrin xəstəliyinə yoluxub

Məşhur britaniyalı müğənni Robbi Uilyams XVII əsrin xəstəliyinə yoluxub

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhur britaniyalı müğənni Robbi Uilyamsa ciddi qidalanma çatışmazlığı səbəbindən sinqa (skorbut) diaqnozu qoyulub.

Oxu.Az-ın məlumatına görə, ulduz bu barədə "The Mirror"a müsahibəsində danışıb.

Müğənninin sözlərinə görə, keçən il arıqlamaq məqsədilə iştahanı azaldan dərmanlar qəbul etməyə başlayıb. O, demək olar ki, yeməyi dayandırıb və buna görə iki dəfə arıqlayıb.

"Mən yeməyi dayandırdım, beləliklə qida maddələrsiz və "C" vitaminsiz qaldım. XVII əsrin dəniz qulduru xəstəliyi - skorbut" , - deyə müğənni bildirib.

O, ətrafındakıların onun arıqladığı barədə dediklərindən məmnunluq duyduğunu bildirib.

"Bədən dismorfiyası zamanı insanlar sənin necə göründüyün barədə narahat olduqlarını söylədikdə, düşünürsən: "Mən buna nail oldum!" İnsanlar "Biz sənin bu qədər arıqlığından narahatıq" deyəndə isə, bu, cekpot kimi qəbul edilir" , - deyə Uilyams etiraf edib.

Qeyd edək ki, sinqa - qidada vitaminlərin, xüsusilə də "C" vitamini (askorbin turşusu) çatışmaması nəticəsində meydana gələn xəstəlikdir. Erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilməsə, qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür. Sinqa müasir dövrdə çox nadir hallarda müşahidə edilir. Xəstəlik qədim Misirdə bilinirdi. Bu, uzun məsafəli dəniz səyahətini məhdudlaşdıran və çox vaxt çox sayda insanın ölümünə səbəb olan bir faktor idi. Təxmini rəqəmə görə, 1571-1862-ci illəri əhatə edən dəniz səyahətlərində dənizçilərin 50%-i sinqa xəstəliyindən dünyasını dəyişib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri