Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir. Bəlkə ömrünüz boyu xəritədə belə bu ölkəni görməmisiniz.
Yazıçı Rene Maranla da, şair Yosef Zobellə də tanımırsınız bəlkə. Frants Fanondan da nəsə oxuyanlarımız azdır, ya da heç yoxdur.
Amma futbolçu Tyerri Anrini hamınız tanıyırsınız yəqin. Dünya, Avropa, İngiltərə, Fransa, İspaniya çempionu, saysız-hesabsız futbol turnirlə
40 yaşına qədər Avropanın yaşıl meydanlarında top qovub, sonra da məşqçi kimi top qovdurub. Martinik adası Tyerri Anrinin kiçik vətənidir.
Ancaq bu gün o kiçik Vətən Avropanın ən böyük ölkələrindən sayılan Fransanın ağır müstəmləkə rejimi altındadır.
Fransa bu məşhur futbolçunun xalqını, xalqın hüquqlarını futbol topuna çevirib; əl üstündə tutmalı olduqlarını ayaqlarında oynadır.
Bəli, Fransa öz müstəmləkələrində repressiyalardan əl çəkmir. Bu haqda BMT-nin açıqladığı hesabatdakı haqlı tənqidlərdən də nəticə çıxarmır.
İnsan haqlarının pozulmasını dayandırmaq çağırışlarlarına da məhəl qoymur.