Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Məşhur futbolçunun ölkəsini futbol topuna çevirənlər

Məşhur futbolçunun ölkəsini futbol topuna çevirənlər

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəlkə ömrünüz boyu xəritədə belə bu ölkəni görməmisiniz. Yazıçı Rene Maranla da, şair Yosef Zobellə də tanımırsınız bəlkə. Frants Fanondan da nəsə oxuyanlarımız azdır, ya da heç yoxdur. Amma futbolçu Tyerri Anrini hamınız tanıyırsınız yəqin. Dünya, Avropa, İngiltərə, Fransa, İspaniya çempionu, saysız-hesabsız futbol turnirlərinin qalibi, kubokların sahibidir.

40 yaşına qədər Avropanın yaşıl meydanlarında top qovub, sonra da məşqçi kimi top qovdurub. Martinik adası Tyerri Anrinin kiçik vətənidir. Ancaq bu gün o kiçik Vətən Avropanın ən böyük ölkələrindən sayılan Fransanın ağır müstəmləkə rejimi altındadır. Fransa bu məşhur futbolçunun xalqını, xalqın hüquqlarını futbol topuna çevirib; əl üstündə tutmalı olduqlarını ayaqlarında oynadır.

Bəli, Fransa öz müstəmləkələrində repressiyalardan əl çəkmir. Bu haqda BMT-nin açıqladığı hesabatdakı haqlı tənqidlərdən də nəticə çıxarmır. İnsan haqlarının pozulmasını dayandırmaq çağırışlarlarına da məhəl qoymur.

Çox unikal faktdır: əvvəlki yazılarımızda yazdığımız kimi, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi, Fransa qlobal təhlükəsizliyi qorumaq məsuliyyətini daşımalı ikən, özü qlobal təhlükəsizliyi təhdid edən faktora çevrilib. Həm də bu dövlət tək başqalarına qarşı deyil, öz vətəndaşlarına qarşı da təhdid halına gəlib. O cümlədən, tarixin müxtəlif dövrlərində öz ərazisinə zorla qatdığı uzaq dənizaşırı ərazilərdəki vətəndaşlara da.

Elə Martinikada olduğu kimi. Karib bölgəsindəki bu adanı Fransa öz müstəmləkə imperiyasına daxil edib. Öz müstəmləkələrini "dənizaşırı ərazilər" adlandırsa da, bununla neokolonialist siyasətin mahiyyəti dəyişmir. Ayrıca dənizaşırı işlər üzrə nazirlik də var Fransa hökumətində.

Həmin bu dənizaşırı işlər üzrə nazir Fransua Noel Buffe Martinikə səfərə gəlir. Afro-Karib xalqlarının və resurslarının müdafiəsi birliyinin (RPPRAC) lideri Rodriqe Petito da nazirlə görüşmək istəyir. Polis rəisi isə buna imkan vermək istəmir. Nəticədə mübahisə düşür və Petito həbs olunur. Bu həbs adada iğtişaşlara səbəb olur. Bundan narahat olan hakimiyyət onu ev dustaqlığına buraxıb. Ancaq məhkəmə qarşısına çıxarılacaq.

Nə üçün? Fransa hökumətinin naziri ilə görüşüb, xalqın fikirlərini, tələblərini hökumətə çatdırmaq istədiyi üçün. Adam, sadəcə, öz fikrini, öz xalqının fikrini ifadə etməyə çalışıb. Nə qanunu pozub, nə qanunsuz bir şey tələb edib. Sadəcə, nazirlə görüşmək istəyib. Bu istəyə həbslə qarşılıq verilib və bunu edən də nə az, nə çox, özünü "Avropada demokratiya öncülü " sayan Fransa Respublkasıdır.

Avropa ailəsinə daxil olan, olmayan hər ölkədən, hər xalqdan, hər kəsdən ifadə azadlığı, söz, fikir, sərbəst toplaşma azadlığı tələb edən Fransanın özü bütün bu azadlıqları boğur. Həm də öz vətəndaşlarına qarşı. Öz müstəmləkələrində.

Fransa hökuməti, məsələn, elə bu Martinik adasında o cür davranıb. Nazir vətəndaşla görüşmək istəməyib, buna imkan verməyiblər. Üstəlik həbs ediblər, saxta ittihamlar irəli sürüblər. Kütləvi iğtişaş çıxıb.

Deməli, hökumət özü insan haqlarını pozub. Adada asayişə cavabdeh olan polis özü kütləvi iğtişaşa, sabitliyin pozulmasına səbəb olub. Ancaq Fransa rəsmiləri öz günahlarına görə, vətəndaşları, vətəndaş fəallarını cəzalandırırlar.

Yeni Kaledoniyada da belə olub. Hökumət bu ilin əvvəlində ada xalqının hüquqlarını pozan qərar verib, xalq etiraz edib. İğtişaşlar törənib. Bu zaman Fransa jandarm qüvvələri xalqa atəş açıb, nəticədə ölənlər, yaralananlar, həbs olunanlar var.

Hökumət özünün günahına görə öz vətəndaşını öldürüb (!). Öz cinayətinə görə başqasını həbs edib (!) Həm də o başqası pis bir şey etmədiyi halda.

Maqsud İbrahimbəyovun "Bütün yaxşılıqlara görə...ölüm" hekayəsini xatırladım. Yeni Kaledoniyadakı mənzərəyə tam uyğun gəlir. Baxın: xalq azad olmaq, yaxşı yaşamaq istəyir, amma qarşılığında... Ölüm!

Martinikdə ölümlə nəticələnən hadisə olmasa da, xalqa qarşı polis zorakılığı var. Beləliklə, Avropanın ortasında, Avropa İttifaqının mərkəzində olan bur ölkə - bir zamanların demokratik Fransası indi bir qəddar hərbi-polis rejiminə çevrilir. Ya da artıq çoxdan çevrilib.

Yaxşı, bəs o ictimai lider Rodriqe Petito nazirlə niyə görüşmək istəyirdi? Şəxsi probleminə görə?! Yox, əlbəttə. Adada sosial xərclərin artırılmasına xalqın etiraz səsini hökumətə yetirmək üçün. Ancaq belə məlum oldu ki, hökumət öz polisindən ya zəifdir (ki, vətəndaşını qəbul edə bilmir), ya da polisin enli kürəyi arxasında vətəndaşından gizlənib.

Bəs niyə gizlənir?! Çünki bölgədə sosial vəziyyət çətinləşir. Təsəvvür edin: bu kiçik adada əmək qabiliyyətli əhalinin 30 faizə yaxını işsizdir. Sayı 400 mindən bir qədər çox olan əhalinin 100 mindən çoxu bu problemdən əziyyət çəkir. Üstəlik dövlət də sosial ödənişləri artırıb.

Bəli, indi kimsə çıxıb deyəcək ki, bu adada adambaşına düşən milli gəlir 20 min avroya yaxındır, yoxsulluqdan söhbət gedə bilməz və sair. Bunu Yeni Kaledoniya üçün də deyirlər. Ancaq bir var nominal gəlirlər, bir də var real gəlirlər. Martinik əhalisinin 90 faizi yerli xalqdır. Avropalılar cəmisi 5 faizdir. Qalan 5 faizə isə Hindlilər və sair xalqların təmsilçiləri aiddir. Amma o 5 faiz Avropalı adanın sərvətlərinin çox hissəsinə nəzarət edir. Adada adambaşına düşən xarici borcun məbləği 450 min dollara yaxındır. Deməli, xarici borclanmaya zəngin Avropalı azlıq daha çox səbəb olsa da, onun çox hissəsi yoxsul çoxluğun boynuna düşür. Üstəlik, adada qiymətlər və sosial xərclər artmaqda davam edir. Fransa hökuməti öz müstəmləkəsi olan adada öz vətəndaşları arasında təbəqələşməni özü böyüdür, qütbləşməni özü dərinləşdirir. Öz vətəndaşları arasında hüquq bərabərsizliyini, sosial bərabərsizliyi, diskriminasiyanı özü yaradır, özü ayrı-seçkilik salır, sonra da: "Fransanı niyə tənqid edirsiniz?" deyə təəccüblənir. Bu, futbol komandasının öz qollarını da öz qapısına vurub, sonra öz məğlubiyyətinə təəccüblənməyinə bənzəyir. Üstəlik bərbad oynadığına görə qınayanların üstünə gedir. Hərçənd özü uduzan... ağlamaz.

Martinikli futbol ulduzu Tyerri Anri öz xalqına qarşı Fransanı bu siyasətinə (oxu: əsarətinə) necə yanaşır, ümumiyyətlə, kiçik ada vətəni haqqında nə düşünür, necə düşünür, bilmirəm. Amma Rodriqe Petito kimi insanlar bu haqda düşünür və düşüncəsini dilə gətirir. Nəticədə repressiyaya məruz qalır.

Təkcə Tyerri Anri deyil. Bu ada Fransa mədəniyyətinə çoxlu böyük şəxsiyyətlər verib. Amma hökumət burada haqq istəyən insanların şəxsiyyətini aşağılayır. Xalqa qarşı cəza siyasəti yeridir, hər cür azad siyasəti cəzalandırır. Hətta siyasət bir yana, elementar hüquqları ayaqlar altına alır.

Bax, belə bir dözülməzliyə Fransanın özündə dözənlər var, dünyada da susanlar çoxdur. Amma susmayanlar da yox deyil. Azərbaycan da susmayanların önündə gələn, kiçik ada xalqlarının arxasında duran ölkədir.

...Yer üzündə hansısa bir torpaq parçası gözdən uzaq ola bilər, ancaq könüldən iraq deyil. Əgər üstündə canlı varsa. Üstəlik o canlı - insandırsa...

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Noyabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see280

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see275

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see222

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see214

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see210

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see196

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see192

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see184

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see179

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see175

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see171

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see165

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see152

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see150

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see149

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri