Məşhur gülüş ustalarını vətən xaini elan ediblər | Icma.az
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın iki tanınmış komediyaçısı Slava Komissarenko və komedian, həmçinin parodiya ustası Dmitri Romanov dövlətə, xalqa xəyanətdə ittiham olunurlar.
Reyting.az xəbər verir ki, S. Komissarenko və D. Romanovun fəaliyyəti izlənildikdən sonra hər iki sənətçi ilə bağlı qərar qəbul edilib.
Federal Təhlükəsizlik Xidmətinin (FTX) “xüsusi təşəbbüsü ilə" komediyaçılar Rusiya Federasiyası vətəndaşlığından məhrum ediliblər.
Artıq onların Rusiyaya girişi qadağandır. Rəsmi məlumata görə, komediya ustaları V. Komissarenko, eləcə də D.
Romanov FTX-nın təşəbbüsü və xüsusi canfəşanlığı sayəsində "qara siyahıda" yer alıblar.
Lakin bütün bunlarla bərabər, hər iki komediyaçı hələ də Rusiya Federal Təhlükəsizlik Xidmətinin onlara qarşı bu cür xüsusi münasibətinin, hətta nifrətin səbəbini anlamadıqlarını vurğulayıblar.
FTX isə bəyan edib ki, Avropa İttifaqı ölkələrində verdikləri konsertlərdə Komissarenko ilə Romanov "xüsusi hərbi əməliyyatlar keçirilməsinə qarşı çıxıblar", eyni zamanda bilərəkdən, məqsədli şəkildə "Rusiyanın konstitusiya quruluşunun əsaslarını sarsıtmaq barədə fikirlər yayırlar".
Tam oxu
Xəbəri oxu