Icma.az
close
up
RU
Məşhur gülüş ustalarını vətən xaini elan ediblər

Məşhur gülüş ustalarını vətən xaini elan ediblər

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Rusiyanın iki tanınmış komediyaçısı Slava Komissarenko və komedian, həmçinin parodiya ustası Dmitri Romanov dövlətə, xalqa xəyanətdə ittiham olunurlar.
Reyting.az
xəbər verir ki, S. Komissarenko və D. Romanovun fəaliyyəti izlənildikdən sonra hər iki sənətçi ilə bağlı qərar qəbul edilib. Federal Təhlükəsizlik Xidmətinin (FTX) “xüsusi təşəbbüsü ilə" komediyaçılar Rusiya Federasiyası vətəndaşlığından məhrum ediliblər. Artıq onların Rusiyaya girişi qadağandır.
Rəsmi məlumata görə, komediya ustaları V. Komissarenko, eləcə də D. Romanov FTX-nın təşəbbüsü və xüsusi canfəşanlığı sayəsində "qara siyahıda" yer alıblar. Lakin bütün bunlarla bərabər, hər iki komediyaçı hələ də Rusiya Federal Təhlükəsizlik Xidmətinin onlara qarşı bu cür xüsusi münasibətinin, hətta nifrətin səbəbini anlamadıqlarını vurğulayıblar.
FTX isə bəyan edib ki, Avropa İttifaqı ölkələrində verdikləri konsertlərdə Komissarenko ilə Romanov "xüsusi hərbi əməliyyatlar keçirilməsinə qarşı çıxıblar", eyni zamanda bilərəkdən, məqsədli şəkildə "Rusiyanın konstitusiya quruluşunun əsaslarını sarsıtmaq barədə fikirlər yayırlar". FTX bildirir ki, onların hərəkətləri birbaşa Rusiyanın "milli təhlükəsizliyinə təhdid yaradır".
Hər iki komedian ilə bağlı qərar "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" Qanunun maddəsinə uyğun olaraq qəbul edilib.
V. Komissarenko əslən Belarusdandır. O, 2020-ci ildə Belarusda keçirilmiş etiraz aksiyalarından sonra, etirazların zorakılıqla dağıdılmasına qarşı çıxış edib və Lukaşenkonun prezident seçkilərində nəticələri saxtalaşdırmasından danışıb. Komissarenko "çık-çırıq" adlandırdığı Aleksandr Lukaşenkonu parodiyaları ilə daha çox tanınır. 2021-ci ilin sonunda isə Komissarenko Rusiya vətəndaşlığını alıb. Sənətçi 2022-ci ildə Belarus Təhhlükəsizlik Xidmətinin təqiblərindən qurtulmaq üçün Rusiyanı tərk etməli olub. 2024-cü ildə aktyor Minsk məhkəməsi tərəfindən qiyabi altı il müddətinə azadlıqdan məhrum edilib.
Komissarenkonun adı Belarus Daxili İşlər Nazirliyinin "ekstremistlər" siyahısındadır.
"TNT" kanalındakı "Stand Up" layihəsinin keçmiş iştirakçısı olan, odessalı, Ukrayna əsilli Dmitri Romanov 2018-ci ildə Rusiya vətəndaşlığını alıb. 2022-ci ildə Romanov Rusiyanı tərk edib, 2023-cü ildə isə İsrail pasportu aldığını bildirib. O, həmçinin Rumıniya respublikasının vətəndaşlığını da almaq üçün müraciət etdiyini bildirib. "Mümkün qədər dünya vətəndaşı olmaq üçün əldə edə biləcəyim bütün ölkələrin vətəndaşlıqlarını almaq qərarına gəldim",- söyləyən Romanov əqidəsindən dönmək fikrində olmadığını, işğalçı Rusiyaya qarşı mövqeyini dəyişməyəcəyini deyib.
Xatırladaq ki, bir müddət əvvəl Romanov zarafatla demişdi ki, hazırda Rusiyanın ən tanınmışlarının demək olar, yarıdan çoxu "xarici agent" titulunu daşıyır.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Aprel 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri