Məşhur jurnalist Trampın İrana nüvə zərbəsi endirəcəyini iddia edib

02.11.2026

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Məşhur amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi ilə İrana nüvə zərbəsi endirmək qərarı verə biləcəyini iddia edib.
Yeniavaz.com
xəbər verir ki, Karlson sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Trampın nüvə silahından istifadə edib-etməyəcəyi ilə bağlı qərarı noyabrın 7-dək verə biləcəyini bildirib.
Onun sözlərinə görə, mümkün hücumun hədəfi İranın mərkəzi hissəsində yerləşən və yeraltı nüvə obyekti kimi tanınan Kazma dağı (Pickaxe Mountain) ola bilər.
Jurnalist iddia edir ki, İsrail kəşfiyyatı İranın həmin ərazidə uranın zənginləşdirilməsi fəaliyyətini yenidən bərpa etdiyini düşünür. O, obyektin təxminən 90 metr qalınlığında qranit təbəqənin altında yerləşdiyini və ABŞ-nin adi silahlarının bu bunkerləri məhv etmək imkanının məhdud olduğunu irəli sürüb.
Karlsonun iddiasına görə, Netanyahu İranla bağlı nüvə zərbəsi endirilməsi üçün Trampa ciddi təzyiq göstərir və bu məqsədlə ABŞ Prezidentinə mütəmadi zəng edir.
O, həmçinin İsrailin baş nazirinin ölkəsindəki siyasi vəziyyətə görə İranla müharibənin davam etməsində maraqlı olduğunu iddia edib.
Karlsonun sözlərinə görə, ABŞ-də bu məsələyə münasibətdə fərqli yanaşmalar mövcuddur. Prezidentin müavini Cey Di Vens və xüsusi nümayəndə Stiv Uitkoffun İranla razılaşma əldə etməyin mümkün olduğunu düşündüyü bildirilir.
Digər tərəfdən, ABŞ-nin müdafiə naziri Pit Heqset, dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin hərbi əməliyyatların yenidən başlanmasını dəstəklədiyi iddia olunur.
Jurnalist mümkün nüvə zərbəsinin nəticələrinin yalnız İranla məhdudlaşmayacağını da vurğulayıb. Onun fikrincə, belə bir hücum radioaktiv çirklənməyə, regionda su və enerji təhlükəsizliyinin pozulmasına, eləcə də qlobal miqyasda daha böyük münaqişəyə səbəb ola bilər.
Qeyd edək ki, Karlsonun bu iddiaları hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Ağ Ev, Pentaqon və İsrail hökuməti ABŞ-nin İrana qarşı nüvə silahından istifadə qərarı verməsi ilə bağlı rəsmi açıqlama yaymayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью