Məşhur jurnalist Trampın İrana nüvə zərbəsi endirəcəyini iddia edib
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Məşhur amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi ilə İrana nüvə zərbəsi endirmək qərarı verə biləcəyini iddia edib.
Yeniavaz.com xəbər verir ki, Karlson sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Trampın nüvə silahından istifadə edib-etməyəcəyi ilə bağlı qərarı noyabrın 7-dək verə biləcəyini bildirib.
Onun sözlərinə görə, mümkün hücumun hədəfi İranın mərkəzi hissəsində yerləşən və yeraltı nüvə obyekti kimi tanınan Kazma dağı (Pickaxe Mountain) ola bilər.
Jurnalist iddia edir ki, İsrail kəşfiyyatı İranın həmin ərazidə uranın zənginləşdirilməsi fəaliyyətini yenidən bərpa etdiyini düşünür. O, obyektin təxminən 90 metr qalınlığında qranit təbəqənin altında yerləşdiyini və ABŞ-nin adi silahlarının bu bunkerləri məhv etmək imkanının məhdud olduğunu irəli sürüb.
Karlsonun iddiasına görə, Netanyahu İranla bağlı nüvə zərbəsi endirilməsi üçün Trampa ciddi təzyiq göstərir və bu məqsədlə ABŞ Prezidentinə mütəmadi zəng edir.
O, həmçinin İsrailin baş nazirinin ölkəsindəki siyasi vəziyyətə görə İranla müharibənin davam etməsində maraqlı olduğunu iddia edib.
Karlsonun sözlərinə görə, ABŞ-də bu məsələyə münasibətdə fərqli yanaşmalar mövcuddur. Prezidentin müavini Cey Di Vens və xüsusi nümayəndə Stiv Uitkoffun İranla razılaşma əldə etməyin mümkün olduğunu düşündüyü bildirilir.
Digər tərəfdən, ABŞ-nin müdafiə naziri Pit Heqset, dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin hərbi əməliyyatların yenidən başlanmasını dəstəklədiyi iddia olunur.
Jurnalist mümkün nüvə zərbəsinin nəticələrinin yalnız İranla məhdudlaşmayacağını da vurğulayıb. Onun fikrincə, belə bir hücum radioaktiv çirklənməyə, regionda su və enerji təhlükəsizliyinin pozulmasına, eləcə də qlobal miqyasda daha böyük münaqişəyə səbəb ola bilər.
Qeyd edək ki, Karlsonun bu iddiaları hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Ağ Ev, Pentaqon və İsrail hökuməti ABŞ-nin İrana qarşı nüvə silahından istifadə qərarı verməsi ilə bağlı rəsmi açıqlama yaymayıb.
Bu mövzuda digər xəbərlər:Trampın İrana ilk zərbəsi: Rial kəskin düşdü
07 Noyabr 2024 17:14
Azərbaycanlı məşhur Trampın andiçməsində FOTO
20 Yanvar 2025 20:02
Məşhur aeroporta Trampın adı verildi
09 İyul 2026 21:53
Tramp İrana güclü zərbə endirəcəyini vəd edib
31 Avqust 2026 17:27
Rusiyada Trampın məşhur şüarı belə dəyişdirildi
20 Sentyabr 2025 12:59
Baxış sayı:134
Bu xəbər 02 Noyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















