Məşhur kərə yağından metal qırıntıları çıxıb

17.12.2024

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Almaniyanın məşhur süd məhsulları istehsalçısı olan "Würzburger Milchwerke GmbH" şirkəti bəzi kərə yağı məhsulunu satışdan geri toplamağa başlayıb.
Yeniavaz.com
 şirkətdən açıqlanan məlumata istinadən xəbər verir ki, məhsulların geri toplanmasının səbəbi kərə yağının içərisində metal qırıntılarının olma ehtimalıdır.
Bildirilib ki, bu məhsulların satışı dayandırılıb. Daha əvvəl bu məhsulları alan istehlakçılar isə onlardan istifadə etməməlidir. Geri qaytarılan məhsullar üçün heç bir qəbz tələb olunmadan verilən ödəniş qaytarılacaq.
Məlumat üçün qeyd edək ki, "Würzburger Milchwerke GmbH" şirkətinə məxsus “Presıdent” markalı kərə yağı Azərbaycanda da satılır.
Onu da bildirək ki, içərisində metal qırıntılarının olma ehtimalı olan yağlar yalnız Almaniya marketlərində satılıb. Bu məhsullar xarici ölkələrə idxal edilməyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью