Məşhur kərə yağından metal qırıntıları çıxıb
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın məşhur süd məhsulları istehsalçısı olan "Würzburger Milchwerke GmbH" şirkəti bəzi kərə yağı məhsulunu satışdan geri toplamağa başlayıb.
Yeniavaz.com şirkətdən açıqlanan məlumata istinadən xəbər verir ki, məhsulların geri toplanmasının səbəbi kərə yağının içərisində metal qırıntılarının olma ehtimalıdır.
Bildirilib ki, bu məhsulların satışı dayandırılıb. Daha əvvəl bu məhsulları alan istehlakçılar isə onlardan istifadə etməməlidir. Geri qaytarılan məhsullar üçün heç bir qəbz tələb olunmadan verilən ödəniş qaytarılacaq.
Məlumat üçün qeyd edək ki, "Würzburger Milchwerke GmbH" şirkətinə məxsus “Presıdent” markalı kərə yağı Azərbaycanda da satılır.
Onu da bildirək ki, içərisində metal qırıntılarının olma ehtimalı olan yağlar yalnız Almaniya marketlərində satılıb. Bu məhsullar xarici ölkələrə idxal edilməyib.
Bu mövzuda digər xəbərlər:Məşhur şirkətin kərə yağından sellofan çıxdı (VİDEO)
30 İyun 2025 14:54
Məşhur vitamin əlavəsinin təhlükələri üzə çıxıb...
20 Sentyabr 2025 22:24
Məşhur serialın aktrisası itkin düşdü Oktyabrın 30dan yoxa çıxıb
15 Noyabr 2024 13:39
Türkiyədə məşhur menecerə qarşı təhqiqatda yeni detallar üzə çıxıb
19 Aprel 2025 15:07
Vaqonlar relsdən çıxıb
31 Yanvar 2025 16:19
Baxış sayı:113
Bu xəbər 17 Dekabr 2024 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















