Məşhur klipdə geyindiyi gödəkçə hərraca çıxarılır Foto

09.10.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun şəxsi əşyaları, o cümlədən “Thriller” klipində geyindiyi gödəkçə “Julien's Auction” hərracında satışa çıxarılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərrac evinin saytı məlumat yayıb. 

“Hərracda yüzdən çox sənət əsəri, o cümlədən Maykl Ceksonun 1983-cü ildə “Thriller” hitinə çəkilmiş klipdə geyindiyi məşhur qara-qırmızı dəri gödəkçə təqdim olunacaq”, - məlumatda deyilir. 

Hərracda lotun dəyəri 200-400 min dollar olaraq qiymətləndirilir. Bundan əlavə, həmin klipdə geyinilmiş loferler 30-50 min dollara satışa çıxarılacaq. Hərrac evinin kataloqunda həmçinin sənətçinin 1983-cü ildə “Motown” 25 şousunda ilk dəfə “ay yerişi”ni ifa etdiyi loferler 60-80 min dollara, eləcə də dəyəri 600-800 min dollar qiymətləndirilən ağ əlcək yer alır. 

Lotlar üzrə hərrac 7-9 dekabr tarixlərində Əbu-Dabidə keçiriləcək.

Qeyd edək ki, “Pop musiqinin kralı” hesab olunan Maykl Ceksonun albomlarının dünya üzrə 1 milyarddan çox nüsxəsi satılıb. O həmçinin mədəni irsi ölümündən sonra belə gəlir gətirməyə davam edən məşhur insanların reytinqində birinci yerdədir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью