Məşhur klipdə geyindiyi gödəkçə hərraca çıxarılır Foto
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Pop musiqisinin əfsanəsi Maykl Ceksonun şəxsi əşyaları, o cümlədən “Thriller” klipində geyindiyi gödəkçə “Julien's Auction” hərracında satışa çıxarılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə hərrac evinin saytı məlumat yayıb.
“Hərracda yüzdən çox sənət əsəri, o cümlədən Maykl Ceksonun 1983-cü ildə “Thriller” hitinə çəkilmiş klipdə geyindiyi məşhur qara-qırmızı dəri gödəkçə təqdim olunacaq”, - məlumatda deyilir.
Hərracda lotun dəyəri 200-400 min dollar olaraq qiymətləndirilir. Bundan əlavə, həmin klipdə geyinilmiş loferler 30-50 min dollara satışa çıxarılacaq. Hərrac evinin kataloqunda həmçinin sənətçinin 1983-cü ildə “Motown” 25 şousunda ilk dəfə “ay yerişi”ni ifa etdiyi loferler 60-80 min dollara, eləcə də dəyəri 600-800 min dollar qiymətləndirilən ağ əlcək yer alır.
Lotlar üzrə hərrac 7-9 dekabr tarixlərində Əbu-Dabidə keçiriləcək.
Qeyd edək ki, “Pop musiqinin kralı” hesab olunan Maykl Ceksonun albomlarının dünya üzrə 1 milyarddan çox nüsxəsi satılıb. O həmçinin mədəni irsi ölümündən sonra belə gəlir gətirməyə davam edən məşhur insanların reytinqində birinci yerdədir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 09 Oktyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















