Məşhur milyarder “Qarabağ“dan ötrü 2 milyon avrosundan keçməyə hazırdır | Icma.az
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Qarabağ"ı qəbul edəcək “Olimpiakos”un futbolçularına böyük mükafat vəd edilib.
Bunun üçün Yunanıstan təmsilçisi Azərbaycan çempionunu məğlub yola salmalıdır.
Bu barədə Pirey klubunun prezidenti Evangelos Marinakis “Panatinaikos”la çempionatın 20-ci tur matçından (1:1) sonra məşqçi və futbolçu heyəti ilə danışarkən bildirib.
Başqan 1:1 hesablı heç-heçəyə baxmayaraq, komandanın oyunundan razı qaldığını deyib.
Prezident heç-heçəni qələbəyə bərabər hesab etdiyini vurğulayıb Marinakis önümüzdəki qarşılaşmanın həm özü, həm də azarkeşlər üçün böyük məna kəsb etdiyini qeyd edib.
O, “Olimpiakos”un üzvlərinin bu görüşdə bütün güclərindən istifadə etməli olduqlarını vurğulayıb.
Marinakis komanda üzvlərinə "Qarabağ"ı məğlub edəcəkləri halda, böyük bonus qazanacaqlarına dair söz verib: "Bugünkü oyuna görə hamınızı - futbolçuları, məşqçiləri təbrik edirəm.
Tam oxu
Xəbəri oxu