Icma.az
close
up
RU
Məşhur milyarder “Qarabağ“dan ötrü 2 milyon avrosundan keçməyə hazırdır

Məşhur milyarder “Qarabağ“dan ötrü 2 milyon avrosundan keçməyə hazırdır

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Qarabağ"ı qəbul edəcək “Olimpiakos”un futbolçularına böyük mükafat vəd edilib.

Bunun üçün Yunanıstan təmsilçisi Azərbaycan çempionunu məğlub yola salmalıdır.

Bu barədə Pirey klubunun prezidenti Evangelos Marinakis “Panatinaikos”la çempionatın 20-ci tur matçından (1:1) sonra məşqçi və futbolçu heyəti ilə danışarkən bildirib.

Başqan 1:1 hesablı heç-heçəyə baxmayaraq, komandanın oyunundan razı qaldığını deyib. Prezident heç-heçəni qələbəyə bərabər hesab etdiyini vurğulayıb

Marinakis önümüzdəki qarşılaşmanın həm özü, həm də azarkeşlər üçün böyük məna kəsb etdiyini qeyd edib.

O, “Olimpiakos”un üzvlərinin bu görüşdə bütün güclərindən istifadə etməli olduqlarını vurğulayıb. Marinakis komanda üzvlərinə "Qarabağ"ı məğlub edəcəkləri halda, böyük bonus qazanacaqlarına dair söz verib:

"Bugünkü oyuna görə hamınızı - futbolçuları, məşqçiləri təbrik edirəm. Təəssüf ki, matçın taleyini hakim qərarları həll etdi.

Siz ehtirasla çıxış etdiniz. Oyun ərzində üstün tərəf biz idik. Siz meydanda 10 nəfər qalmışdız, amma 12 və ya daha çox insanın ruhu ilə oynadız.

Çoxlu qol imkanları yaratdız, "Olimpiakos"a layiq şəkildə çıxış etdiniz. Bilirsiz ki, bu matç mənim və azarkeşlərimiz üçün çox şey deməkdir.

Siz mənim üçün qalibsiz. "Olimpiakos" belə oynamalıdır! "Qarabağ"a qalib gəlsəz, premium mükafat alacaqsız.

Bütün gücünüzü ortaya qoyun, belə oynamağa davam edin. Əgər bu cür davam etsəz, klubumuzun şanslı tarixinin 100 illiyində çempion olacağıq".

Yunanıstan mediası Marinakisin 2 il öncəki matçı hələ də unuda bilmədiyini yazır.

«Qarabağ» həmin vaxt Avropa Liqasının qrup mərhələsinin oyununda Yunanıstanda 3:0 hesablı qələbə qazanaraq, nəinki ölkəni, bütün Avropanı şoka salmışdı.

Məşhur iş adamı günü bu gün də o olayın təsiri altındadır. Odur ki, Azərbaycan çempionundan revanş almaq iddiasındadır və bunu açıq-açıq komandasının üzvlərinə söyləyib.

Yunan milyarderin «premimum» adlandırdığı mükafat fondu isə 2 milyon avrodur.

Bu gecə reallaşacaq "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. /Sportinfo.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Yanvar 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri