Icma.az, Milli.az portalına istinadən məlumat verir. Türkiyədə 19 yaşlı E.G adlı şəxs özünü pərəstişkar kimi göstərərək bir çox məşhurun həy
Milli.Az bildirir ki, məşhur şəxslər ard-arda İstanbul İl Əmniyyət Müdirliyinə şikayət ediblər. "Sabah" qəzetinin məlumatına görə, E.G.
ilk olaraq məşhur müğənni Bengünün meneceri və vəkili ilə əlaqəyə keçib. Özünü Bengünün pərəstişkarı kimi təqdim edən E.G.
pulsuz konsert bileti tələb edib və "Mənimlə foto çəkdirməsini istəyirəm" deyib. Lakin tələbi rədd edilən E.G.
bu durumu obsessiyaya çevirib. "Panelçilər" adlanan şəxslərdən müğənninin ev ünvanı və şəxsi məlumatlarını öyrənən E.G.
fərqli telefon nömrələri alaraq yemək sifariş tətbiqlərində saxta hesablar yaradıb.
O, gecə saatlarında müğənninin evinə ardıcıl olaraq yemək sifarişləri göndərib.
Eyni üsulla məşhur aktrisa Buçe Kahraman və müğənni Melis Fisə də yaxınlaşan E.G., onların da tələblərini rədd etməsi səbəbilə evlərinə gec saatlarda yemək sifarişləri göndərib.