Icma.az
close
up
RU
Məşhurların həyatını kabusa çevirdi FOTO

Məşhurların həyatını kabusa çevirdi FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Türkiyədə 19 yaşlı E.G adlı şəxs özünü pərəstişkar kimi göstərərək bir çox məşhurun həyatını kabusa çevirib.

Milli.Az bildirir ki,  məşhur şəxslər ard-arda İstanbul İl Əmniyyət Müdirliyinə şikayət ediblər.

"Sabah" qəzetinin məlumatına görə, E.G. ilk olaraq məşhur müğənni Bengünün meneceri və vəkili ilə əlaqəyə keçib. Özünü Bengünün pərəstişkarı kimi təqdim edən E.G. pulsuz konsert bileti tələb edib və "Mənimlə foto çəkdirməsini istəyirəm" deyib. Lakin tələbi rədd edilən E.G. bu durumu obsessiyaya çevirib.

"Panelçilər" adlanan şəxslərdən müğənninin ev ünvanı və şəxsi məlumatlarını öyrənən E.G. fərqli telefon nömrələri alaraq yemək sifariş tətbiqlərində saxta hesablar yaradıb. O, gecə saatlarında müğənninin evinə ardıcıl olaraq yemək sifarişləri göndərib.

Eyni üsulla məşhur aktrisa Buçe Kahraman və müğənni Melis Fisə də yaxınlaşan E.G., onların da tələblərini rədd etməsi səbəbilə evlərinə gec saatlarda yemək sifarişləri göndərib.

"Mənimlə görüşün. Foto çəkin. Polis məni tapa bilməz" deyən E.G.-nin aktyorların serial çəkilişlərinə getdiyi, müğənnilərin isə konsert yerlərini taparaq yanlarına getdiyi iddia olunur.

Cemre Baysel də E.G.-dən şikayətçi olan məşhurlardandır. O, aktrisanın serial çəkilişlərinə gedərək özünü pərəstişkar kimi təqdim edib, lakin film setinə buraxılmayıb. Daha sonra setə gizlicə girən E.G. Bayselin karavanını izləyərkən aktrisa tərəfindən aşkar edilib.

Cemre Bayselin də şikayəti ilə İstanbul Kiber Cinayətlərlə Mübarizə Şöbəsi hərəkətə keçib. E.G., yaxalanmamaq üçün otellərdə qalaraq tez-tez ünvan və telefon nömrəsini dəyişib, lakin Kağıthanədəki bir oteldə nəhayət polis tərəfindən saxlanılıb.

İP ünvanı müəyyən edilərək həbs edilən E.G. yemək sifarişlərini göndərən şəxsin özü olmadığını iddia edib. Daha əvvəl də fərqli cinayətlərdən dolayı saxlanılan E.G. "məhkəmə nəzarəti" şərti ilə sərbəst buraxılıb. /Olay.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Mart 2025 03:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri