Məşhurların qanında narkotik tapıldı Aralarında sevilən serialın azərbaycanlı ulduzu da var

23.01.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


İstanbulda keçirilən narkotik əməliyyatı çərçivəsində aparılan istintaqda məşhur türk serialı “Qızılcıq Şərbəti”nin baş rol aktyoru Doğukan Güngör də olduğu onlarla məhurun qan analizləri açıqlandı.
Bakupost.az “TGRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyatda saxlanılan 23 nəfərin testi pozitiv çıxıb. Bu barədə telekanal yayımlanan test nəticələrini açıqlayıb..
Prokurorluq istintaqı zamanı o, narkotik maddə istifadə etdiyini etiraf edən aktyor bundan peşman olduğunu bildirib və bir daha heç vaxt qadağan olunmuş maddə istifadə etməyəcəyini deyib. Güngör həmçinin ifadəsində heç kəsə narkotik maddə vermədiyini və narkotik partilərinə qatılmadığını qeyd edib. Aktyor İstanbul məhkəməsi tərəfindən ona ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb.
Bu işlə əlaqədar serialın digər məşhur simalarının da test nəticələri pozitiv olub. Arasında Ece Cerenbeli, Saniyə Dəniz və Ceyda Ərsoy kimi isimlərin olduğu məşhurların saç və ya qan nümunələrində narkotik maddə aşkarlanıb.
Türkiyə mediasının xəbərlərinə görə, Əslən ığdırlı olan Doğukan Güngör atası Azərbaycan türkü, anası isə Salonik (Yunanıstan) kökənlidir. Güngör özü əvvəllər müsahibələrində ailəsinin müxtəlif mədəniyyətləri birləşdirdiyini və bunun onun həyat və ifaçılıq təcrübəsinə təsir etdiyini vurğulayıb.
Doğukan Güngör 1 iyul 1996-cı ildə Ankarada doğulub. Beykent Universitetində aktyorluq təhsili alan ulduz aktyor debütünü “Məryəm” serialında edib. Daha sonra “Zümrüdüanka”da “Həmid” obrazı ilə tanınıb və “Qızılcıq Şərbəti”ində isə Fatih rolunu canlandırmaqla geniş şöhrət qazanıb.
Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью