Məşhurların qanında narkotik tapıldı Aralarında sevilən serialın azərbaycanlı ulduzu da var
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbulda keçirilən narkotik əməliyyatı çərçivəsində aparılan istintaqda məşhur türk serialı “Qızılcıq Şərbəti”nin baş rol aktyoru Doğukan Güngör də olduğu onlarla məhurun qan analizləri açıqlandı.
Bakupost.az “TGRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyatda saxlanılan 23 nəfərin testi pozitiv çıxıb. Bu barədə telekanal yayımlanan test nəticələrini açıqlayıb..
Prokurorluq istintaqı zamanı o, narkotik maddə istifadə etdiyini etiraf edən aktyor bundan peşman olduğunu bildirib və bir daha heç vaxt qadağan olunmuş maddə istifadə etməyəcəyini deyib. Güngör həmçinin ifadəsində heç kəsə narkotik maddə vermədiyini və narkotik partilərinə qatılmadığını qeyd edib. Aktyor İstanbul məhkəməsi tərəfindən ona ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb.
Bu işlə əlaqədar serialın digər məşhur simalarının da test nəticələri pozitiv olub. Arasında Ece Cerenbeli, Saniyə Dəniz və Ceyda Ərsoy kimi isimlərin olduğu məşhurların saç və ya qan nümunələrində narkotik maddə aşkarlanıb.
Türkiyə mediasının xəbərlərinə görə, Əslən ığdırlı olan Doğukan Güngör atası Azərbaycan türkü, anası isə Salonik (Yunanıstan) kökənlidir. Güngör özü əvvəllər müsahibələrində ailəsinin müxtəlif mədəniyyətləri birləşdirdiyini və bunun onun həyat və ifaçılıq təcrübəsinə təsir etdiyini vurğulayıb.
Doğukan Güngör 1 iyul 1996-cı ildə Ankarada doğulub. Beykent Universitetində aktyorluq təhsili alan ulduz aktyor debütünü “Məryəm” serialında edib. Daha sonra “Zümrüdüanka”da “Həmid” obrazı ilə tanınıb və “Qızılcıq Şərbəti”ində isə Fatih rolunu canlandırmaqla geniş şöhrət qazanıb.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Bu məşhurların qanında narkotik maddə AŞKARLANDI VİDEO
17 Oktyabr 2025 22:48
Türkiyədə müəllimlərlə bağlı araşdırma: Aralarında azərbaycanlı da var
24 Dekabr 2025 16:22
Gürcüstanda 14 əcnəbi saxlanıldı: aralarında azərbaycanlı da var
18 Yanvar 2026 12:01
Azərbaycanlı məşhurların zərgəri öldü FOTO
12 Mart 2025 08:00
Azərbaycanlı məşhurların XƏYANƏT DRAMLARI Siyahıda kimlər var?
03 İyun 2025 15:24
Baxış sayı:37
Bu xəbər 23 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















