Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır. Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi yaxın vaxtlarda "Ba
QOL.az xəbər verir ki, bu barədə Messinin "İnter Mayami"yə keçidi ilə bağlı ilk detalları paylaşan jurnalist Aleks Kandal məlumat yayıb.
Bildirilir ki, 37 yaşlı forvard yeni təmir edilmiş “Kamp Nou” stadionunda oynamadan karyerasını bitirmək istəmir.
O, MLS təmsilçisindən ayrılaraq Kataloniya klubuna keçməyə hazırlaşır. Xatırladaq ki, Messi 2023-cü ilin yayından “İnter Mayami”də oynayır.
Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub. Messi 2004-2021-ci illərdə "Barselona"nın formasını geyinib.
Bu müddət ərzində o, 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.