Messinin Barselona ya qayıdacağı iddia olunur
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi yaxın vaxtlarda "Barselona"ya qayıdacaq.
QOL.az xəbər verir ki, bu barədə Messinin "İnter Mayami"yə keçidi ilə bağlı ilk detalları paylaşan jurnalist Aleks Kandal məlumat yayıb.
Bildirilir ki, 37 yaşlı forvard yeni təmir edilmiş “Kamp Nou” stadionunda oynamadan karyerasını bitirmək istəmir. O, MLS təmsilçisindən ayrılaraq Kataloniya klubuna keçməyə hazırlaşır.
Xatırladaq ki, Messi 2023-cü ilin yayından “İnter Mayami”də oynayır. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Messi 2004-2021-ci illərdə "Barselona"nın formasını geyinib. Bu müddət ərzində o, 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 25 Fevral 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















