Modern.az saytına istinadən Icma.az xəbər verir. Rəşad Məcid Azərbaycan ictimai fikrində həm ədəbiyyat adamı, həm də media rəhbəri kimi özün
O, klassik və müasir düşüncə arasında körpü salmağı bacaran, ictimai proseslərə həm qələm, həm də mövqe ilə təsir edən bir şəxsiyyətdir.
Mətbuat Şurasının sədri kimi media etikasının qorunmasında, jurnalistikanın cəmiyyət qarşısındakı məsuliyyətini önə çəkməkdə prinsipial mövqe tutur.Rəşad Məcidin fəaliyyətində mülayimliklə prinsipiallıq, intellektual təvazökarlıqla ictimai cəsarət maraqlı bir ahəng təşkil edir.
O, konfliktlərə kəskinliklə yox, dialoqla yanaşmağı üstün tutur - bu da onu həm jurnalistlər, həm də yazarlar arasında etibarlı fiqura çevirib.Eyni zamanda, o, yaradıcılıqla bağlı fəaliyyəti ilə də seçilir - poeziyaya və ədəbi prosesi izləməyə olan diqqəti onun təkcə menecer və təşkilatçı yox, həm də duyğusal və düşünən bir insan olduğunu göstərir.
Onun publisistik yazıları da bir növ cəmiyyətin güzgüsünə çevrilir.21 avqust tarixi Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin doğum günüdür.Modern.az saytı 61 yaşını tamamlayan Rəşad Museyib oğlu Məcidi fotolarda təqdim edir.
1966-ci ildə Turşsu. Burda 2 yaşım var. Turşsuda çəkilən bu şəkildə 4 yaşım var.
Babam seyid Mirhacib ağa həm Ağcabədidə, həm də Qarabağda çox məşhur seyid olub. Onun ilk oğul nəvəsiydim deyə, məni çox sevirdi.
Burda mənim 11-12 yaşım var. Anam Yavər xanımla. Ağdamda 1 nömrəli orta məktəbdə oxumuşam.