Icma.az
close
up
RU
Mətbuatın ədəbi səfiri: Rəşad Məcid FOTOLARDA

Mətbuatın ədəbi səfiri: Rəşad Məcid FOTOLARDA

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Rəşad Məcid Azərbaycan ictimai fikrində həm ədəbiyyat adamı, həm də media rəhbəri kimi özünəməxsus yer tutur. O, klassik və müasir düşüncə arasında körpü salmağı bacaran, ictimai proseslərə həm qələm, həm də mövqe ilə təsir edən bir şəxsiyyətdir. Mətbuat Şurasının sədri kimi media etikasının qorunmasında, jurnalistikanın cəmiyyət qarşısındakı məsuliyyətini önə çəkməkdə prinsipial mövqe tutur.
Rəşad Məcidin fəaliyyətində mülayimliklə prinsipiallıq, intellektual təvazökarlıqla ictimai cəsarət maraqlı bir ahəng təşkil edir. O, konfliktlərə kəskinliklə yox, dialoqla yanaşmağı üstün tutur - bu da onu həm jurnalistlər, həm də yazarlar arasında etibarlı fiqura çevirib.
Eyni zamanda, o, yaradıcılıqla bağlı fəaliyyəti ilə də seçilir - poeziyaya və ədəbi prosesi izləməyə olan diqqəti onun təkcə menecer və təşkilatçı yox, həm də duyğusal və düşünən bir insan olduğunu göstərir. Onun publisistik yazıları da bir növ cəmiyyətin güzgüsünə çevrilir.
21 avqust tarixi Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin doğum günüdür.
Modern.az saytı 61 yaşını tamamlayan Rəşad Museyib oğlu Məcidi fotolarda təqdim edir.

  
1966-ci ildə Turşsu. Burda 2 yaşım var. 

  
Turşsuda çəkilən bu şəkildə 4 yaşım var. Babam seyid Mirhacib ağa həm Ağcabədidə, həm də Qarabağda çox məşhur seyid olub. Onun ilk oğul nəvəsiydim deyə, məni çox sevirdi. 

Burda mənim 11-12 yaşım var. Anam Yavər xanımla.


Ağdamda 1 nömrəli orta məktəbdə oxumuşam. Sinif yoldaşlarımla illərə dayanan dostluğumuz olub. 

Mən, atam və qardaşım...


Burada 10-cu sinifdə oxuyuram. Bakıda fizika-riyaziyyat təmayüllü məktəbdə sinif yoldaşlarımla...
 
1986-ci il 15 iyununda ailə həyatı qurmuşam. O vaxt sinif yoldaşlarımı da toyuma dəvət etmişdim.

1998-ci ilin avqust ayında 23 gün Qulu Məhərrəmli ilə birlikdə ABŞ-ın müxtəlif yerlərində olduq.

2000-ci ildə ilk dəfə İrana getmişdik. Çox hay-küylü səfərimiz olmuşdu. 

2004-cü ildə Yazıçılar Birliyinin katibi seçildim. Və o zaman Yazıçılar Birliyinin 11-ci qurultayına Orxan Pamuk da gəlmişdi. 
 


2006-cı ildə Bakıdan ilk dəfə Quzey Kıbrısa birbaşa reyslə uçduq. Ora birbaşa uçuş olmadığına görə, bu, hay-küylü bir uçuş olmuşdu. Quzey Kıbrısın o vaxtki baş naziri Mehmet Əli Tələt də bizimlə idi. 
 
2006-cı ilin yanvarında Qarsda. Konsulluğun əməkdaşı, Əflatun Amaşov və jurnalist İlhamə Qasımlı ilə birgə...

Yazıçılar Birliyində tədbirdən sonra. Vaqif Səmədoğlunun ovqatının yaxşı vaxtı idi.

Ramiz Rövşən və Ramiz Əzizbəyli ilə bir yerdə. 

  
Aqil Abbas mənim həyatımda çox böyük rolu olan bir insandı. 
 


Kamal Abdullanın yarımçıq əlyazmaları ilk dəfə bizim qəzetdə çap olunmuşdu.

Türkiyədə tanınmış aktrisamız Məlahət Abbasova ilə. 
 


Hidayət Orucovla bir yerdə. O vaxt Hidayət müəllim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işləyirdi. 
 


Böyük Qırğız yazıçısı Çingiz Aytmatov ömrünü sonlarına yaxın Bakıya gəlmişdi. 
 


Afaq Məsudla Mədəniyyət və Turizm Nazirilyinin nəşrləri ilə bağlı keçirilən tədbirdə...  
 
Ağcabədidəki həyətimiz. Mənim üçün ən əziz insanlar - atam və anam.

Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Sentyabr 2025 01:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri