Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq. "Mətbuatın azadlığı, müstəqilliyi və peşəkarlıq səviyyəsi hər bir dövlətin demokratik
Azərbaycanda media sahəsinin inkişafı, azad və məsuliyyətli jurnalistikanın təşviqi istiqamətində son illər ərzində mühüm və ardıcıl addımla
Media mühitinin sağlamlaşdırılması, jurnalistlərin peşə biliklərinin artırılması və mətbuatın hüquqi bazasının təkmilləşdirilməsi dövlətin p
Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Jalə Əliyeva bildirdi.
Onun fikrincə, Azərbaycan cəmiyyətinin ictimai, siyasi və mədəni həyatında özünəməxsus yeri olan mətbuat söz və ifadə azadlığının bariz nümunəsidir: "Hər il 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur.
Bu əlamətdar gün, Azərbaycan mətbuatının təməlini qoymuş “Əkinçi” qəzetinin ilk sayının nəşr edildiyi tarixdir.
1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə yayımlanan “Əkinçi” qəzeti milli mətbuat tariximizdə dönüş nöqtəsi oldu.
“Əkinçi”nin əsas missiyası xalqı maarifləndirmək, elmə və təhsilə maraq yaratmaq, milli kimliyi gücləndirmək idi.