Icma.az
close
up
RU
Mətbuatın güclənməsi ölkədə ictimai nəzarətin inkişafına xidmət edir Jalə Əliyeva

Mətbuatın güclənməsi ölkədə ictimai nəzarətin inkişafına xidmət edir Jalə Əliyeva

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Mətbuatın azadlığı, müstəqilliyi və peşəkarlıq səviyyəsi hər bir dövlətin demokratik dəyərlərə nə dərəcədə sadiq olduğunu əks etdirir. Azərbaycanda media sahəsinin inkişafı, azad və məsuliyyətli jurnalistikanın təşviqi istiqamətində son illər ərzində mühüm və ardıcıl addımlar atılıb. Media mühitinin sağlamlaşdırılması, jurnalistlərin peşə biliklərinin artırılması və mətbuatın hüquqi bazasının təkmilləşdirilməsi dövlətin prioritet istiqamətlərindən biri kimi çıxış edir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Jalə Əliyeva bildirdi. Onun fikrincə, Azərbaycan cəmiyyətinin ictimai, siyasi və mədəni həyatında özünəməxsus yeri olan mətbuat söz və ifadə azadlığının bariz nümunəsidir:

"Hər il 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar gün, Azərbaycan mətbuatının təməlini qoymuş “Əkinçi” qəzetinin ilk sayının nəşr edildiyi tarixdir. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə yayımlanan “Əkinçi” qəzeti milli mətbuat tariximizdə dönüş nöqtəsi oldu. “Əkinçi”nin əsas missiyası xalqı maarifləndirmək, elmə və təhsilə maraq yaratmaq, milli kimliyi gücləndirmək idi. Sadə, xalqın anlaya biləcəyi dildə yazılan bu qəzet maarifçilik ideyalarının yayılmasında önəmli rol oynadı. Həmin dövrdə mətbuat vasitəsilə milli şüurun formalaşdırılması, cəmiyyətin tərəqqiyə istiqamətləndirilməsi Azərbaycanın ictimai-mədəni həyatı üçün mühüm addım idi".

Deputat hesab edir ki, mətbuatın əsası 1875-ci ildə qoyulsa da, bu sahənin əsas inkişaf mərhələsi müstəqillik dövrünə təsadüf edir:

"Xüsusilə 1993-cü ildən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə mətbuata dövlət qayğısı daha sistemli şəkildə həyata keçirildi. 1998-ci ildə senzuranın ləğvi isə söz və fikir azadlığının təmin olunmasında əlamətdar hadisə kimi yadda qaldı və mətbuat tarixində yeni səhifə açdı.

Media sahəsində institusional islahatların davamı olaraq 2021-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Bu qurum media subyektlərinin fəaliyyətini dəstəkləyir, onların maddi-texniki təminatını gücləndirir, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif layihələr həyata keçirir. Agentlik eyni zamanda media qurumlarına təlim və qrant proqramları təqdim edir, rəqəmsal medianın inkişafını təşviq edir, informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı hüquqi mexanizmlər hazırlayır, jurnalistlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün sosial layihələr həyata keçirir".

Jalə Əliyeva qeyd etdi ki, Azərbaycan dövləti həmçinin beynəlxalq media təşkilatları ilə əməkdaşlıq edərək, milli medianın hüquqi bazasının beynəlxalq normalara uyğunlaşdırılmasına çalışır.

"Bu istiqamətdə keçirilən Şuşa Beynəlxalq Media Forumu kimi tədbirlər, Azərbaycanın media siyasətinin beynəlxalq aləmə təqdim edilməsində mühüm rol oynayır. Azərbaycanda formalaşan güclü və məsuliyyətli media təkcə informasiya ötürücüsü deyil, həm də dövlətlə vətəndaş arasında etibarlı körpüdür. Mətbuatın güclənməsi ölkədə şəffaflığın, ictimai nəzarətin və vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Bu səbəbdən dövlətin informasiya siyasəti yalnız media sahəsi ilə məhdudlaşmır, bütövlükdə demokratik dəyərlərin inkişafını əhatə edir.

Müstəqillikdən sonra Azərbaycan mətbuatı daha sərbəst və çoxşaxəli şəkildə inkişaf etməyə başladı. Bu gün ölkəmizdə fəaliyyət göstərən xəbər agentlikləri, qəzetlər, jurnallar, televiziya və radio kanalları, eyni zamanda onlayn media orqanları ictimaiyyəti məlumatlandırmaq, maarifləndirmək və ictimai rəy formalaşdırmaq baxımından mühüm vəzifələr daşıyır.

Jurnalistlər sadəcə xəbər çatdıran şəxslər deyil, eyni zamanda cəmiyyətin vicdanı, ədalətin, hüququn və həqiqətin müdafiəçiləridirlər. Onların obyektivliyi və peşəkarlığı cəmiyyətin sağlam və dayanıqlı inkişafına töhfə verir. Bu mənada Milli Mətbuat Günü həm də jurnalist əməyinə verilən yüksək qiymətin təzahürüdür.

Bu əlamətdar gün yalnız media nümayəndələrinin deyil, bütün cəmiyyətin bayramıdır. Çünki azad və obyektiv mətbuat demokratik cəmiyyətin dayaqlarındandır. Həsən bəy Zərdabinin başladığı bu şərəfli yol bu gün də davam edir və inkişaf edir. Gələcəyin mətbuatı isə daha çevik, yenilənən və məsuliyyətli olmalı, yeni nəsillərə örnək missiyasını davam etdirməlidir.

22 İyul – sözün, azadlığın və həqiqətin bayramıdır", - deyə millət vəkili fikirlərini tamamladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 İyul 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri