Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qəzet və ümumilikdə mətbuat təkcə informasiya vasitəsi deyil, həm də tarixdir” Ölkəmizdə milli mətbuatın 150 illik yubileyi ilə bağlı müxtəlif layihələr həyata keçirilir.
Onlar arasında diqqətçəkən tədbirlərdən biri də Azərbaycan Nəşriyyatının təşkilatçılığı ilə baş tutan "MətbuArt" beynəlxalq incəsənət simpoziumudur.
Bu sərgidə 17 əcnəbi, eyni zamanda 17 yerli rəssamın qeyri-standart texnika və materiallarla hazırladığı sənət nümunələri ziyarətçilərə təqdim edilir.Sərginin əsas fərqləndirici cəhətlərindən biri də ekspozisiyanın poliqrafiyada istifadə olunmuş və sonradan yararsız sayılan köhnə materiallar əsasında qurulmasıdır.
Kağız tullantıları, qəliblər, çap avadanlıqlarının qalıqları kimi vasitələr bu dəfə yaradıcı baxışla bənzərsiz sənət əsərlərinə çevrilib.Layihənin təşkilində məqsəd həm mətbuatın 150 illik tarixi irsini sənət vasitəsilə nümayiş etdirmək, həm də poliqrafik ənənələrə yeni baxış gətirməkdir.
Əsərlərdə əsas vurğu çap proseslərinin keçdiyi mərhələlərə, texnologiyaların zamanla dəyişməsinə və bu sahədə formalaşmış zəngin irsə yönəlib.Simpoziumla bağlı Azərbaycan Nəşriyyatının baş direktoru Leyla Güləliyeva Sherg.az-a danışıb:"Bu tədbir Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunub.
Bilirsiniz, qəzet və ümumilikdə mətbuat təkcə informasiya vasitəsi deyil, həm də tarixdir. Orada yazılanlar yaddaşlarda qalır.
Sənət əsərləri də eyni funksiyanı daşıyır. Biz, Azərbaycan Nəşriyyatı olaraq, bu simpozium vasitəsilə mətbuatla incəsənət arasında dialoq ya