Icma.az
close
up
RU
“Mətbuatla incəsənət arasında dialoq yaratmağa çalışdıq” Leyla Güləliyeva

“Mətbuatla incəsənət arasında dialoq yaratmağa çalışdıq” Leyla Güləliyeva

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 “Qəzet və ümumilikdə mətbuat təkcə informasiya vasitəsi deyil, həm də tarixdir”


 Ölkəmizdə milli mətbuatın 150 illik yubileyi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Onlar arasında diqqətçəkən tədbirlərdən biri də Azərbaycan Nəşriyyatının təşkilatçılığı ilə baş tutan "MətbuArt" beynəlxalq incəsənət simpoziumudur. Bu sərgidə 17 əcnəbi, eyni zamanda 17 yerli rəssamın qeyri-standart texnika və materiallarla hazırladığı sənət nümunələri ziyarətçilərə təqdim edilir.

Sərginin əsas fərqləndirici cəhətlərindən biri də ekspozisiyanın poliqrafiyada istifadə olunmuş və sonradan yararsız sayılan köhnə materiallar əsasında qurulmasıdır. Kağız tullantıları, qəliblər, çap avadanlıqlarının qalıqları kimi vasitələr bu dəfə yaradıcı baxışla bənzərsiz sənət əsərlərinə çevrilib.

Layihənin təşkilində məqsəd həm mətbuatın 150 illik tarixi irsini sənət vasitəsilə nümayiş etdirmək, həm də poliqrafik ənənələrə yeni baxış gətirməkdir. Əsərlərdə əsas vurğu çap proseslərinin keçdiyi mərhələlərə, texnologiyaların zamanla dəyişməsinə və bu sahədə formalaşmış zəngin irsə yönəlib.


Simpoziumla bağlı Azərbaycan Nəşriyyatının baş direktoru Leyla Güləliyeva Sherg.az-a danışıb:

"Bu tədbir Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunub. Bilirsiniz, qəzet və ümumilikdə mətbuat təkcə informasiya vasitəsi deyil, həm də tarixdir. Orada yazılanlar yaddaşlarda qalır. Sənət əsərləri də eyni funksiyanı daşıyır. Biz, Azərbaycan Nəşriyyatı olaraq, bu simpozium vasitəsilə mətbuatla incəsənət arasında dialoq yaratmağa çalışdıq".

L.Güləliyeva həmçinin müasir dövrlə müqayisədə keçmişdə mətbuatın üzləşdiyi çətinliklərə də toxunub:

"Müasir jurnalistlər bir kliklə istənilən məlumatı asanlıqla əldə edə bilirlər. Əvvəllər bu, belə deyildi. Biz məlumat tapmaq üçün kitabxanalara gedir, saatlarla kitablar oxuyub, axtarış aparırdıq. Elə bu məkanda yerləşdirilmiş sənət əsəri də buna bənzər mövzudadır. Meksikalı rəssam Javier Astroganın "Kitabxana" əsərində maraqlı bir konsepsiya var. İdeyaya görə, ora gələn hər kəs bir kitab qoymalıdır. Çünki kitab hər şeyin təməlidir. Biz bu gün bir neçə saniyə ərzində informasiya əldə edə bilirik. Ancaq düşünək: bu informasiya necə yaranıb? Onun arxasında illərlə toplanan biliklər, çəkilən zəhmətlər dayanır. Biz isə sonda onu sadəcə bir kliklə əldə edirik".

"MətbuArt" beynəlxalq simpoziumunda iştirak edən tanınmış rəssam Rəna Ağayeva sərgi üçün hazırladığı əsərlər və yaradıcılıq prosesi ilə bağlı danışarkən bildirib ki, təqdim etdiyi əsərlərdən biri görkəmli maarifçi, publisist və mətbuatımızın banisi Həsən bəy Zərdabinin portretidir:

“Həsən bəy Zərdabinin portretini işləmək mənim üçün həm mənəvi məsuliyyət, həm də böyük qürur mənbəyi idi. Onun mətbuat tarixindəki rolunu nəzərə alaraq portreti irihəcmli, abstrakt üslubda ərsəyə gətirdim. Bu obrazı sadəcə vizual olaraq yox, ruhən də çatdırmağa çalışdım”.

R.Ağayeva əlavə edib ki, sərgidə yalnız Zərdabinin portretini təqdim etməklə kifayətlənməyib, onun ideyalarını başqa bir əsərində də bədii formada ifadə edib:

“Zərdabinin çox gözəl bir qayəsi var idi: "Şərin kökü nadanlıqdadır". 

Mən bu düşüncəni digər əsərimdə hiss və duyğularla vizuallaşdırmağa çalışdım. Məqsədim onun maarifçilik fəlsəfəsini rənglər və formalar vasitəsilə ifadə etmək idi. İştirakçısı olduğum simpozium bizə çoxşaxəli  təcrübə qazandırdı. Müxtəlif ölkələrdən gəlmiş sənətkarlarla bir arada işləmək, bilik və təcrübə mübadiləsi aparmaq hər birimiz üçün inkişaf baxımından faydalı oldu. Bu sərgi mətbuat tariximizi sənət dili ilə anlatmaqla yanaşı, cəmiyyətin maariflənməsinə də töhfə verir. Həm incəsənət ictimaiyyətinə, həm də geniş auditoriyaya ünvanlanan bu layihə bədii ifadə vasitəsilə tarix və ideyanı bir araya gətirir”.

Poliqrafiya üzrə mühəndis-texnoloq Rəhilə Məlikova isə sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib: "Xüsusilə Nəşriyyatın direktoru Leyla xanımın bu prosesə göstərdiyi diqqət və rəhbərlik təqdirəlayiqdir. Hazırda mənim 76 yaşım var, amma bu gün də böyük həvəs və əzmlə fəaliyyətimi davam etdirirəm. Poliqrafiya mənim üçün sadəcə bir peşə deyil, eyni zamanda həyat tərzidir”.

Azərbaycan Nəşriyyatının əməkdaşı Muxtar Quliyev simpoziumun təşkilinə çox sevindiyini bildirib:

“Əvvəllər çap prosesi çox çətin və zəhmətli idi. Mən 1972-ci ildə bu sahədə işləməyə başlayanda qəzetlər, jurnallar və kitablar köhnə üsulla hazırlanırdı, hərflər əl ilə yığılırdı. Müasir texnologiyaların inkişafı bu prosesi xeyli sadələşdirib. Təşkil edilmiş Simpozium keçmişlə bu gün arasında körpü qurdu”.      


Aybəniz Səfərova, 

Yusif Sultanoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri