Metrodan istifadə edənlərin NƏZƏRİNƏ Bu halda ləngimələr yarana bilər | Icma.az
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı metropolitenində NFC və QR əsaslı ödəniş sistemlərinin tətbiqində düzgün istifadə məsələsi xüsusi diqqət tələb edir.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyalardan istifadə imkanları genişlənsə də, bəzi hallarda sərnişinlərin bu sistemlərdən düzgün istifadə etməməsi müəyyən çətinliklər yarada bilir.
B. Məmmədov qeyd edib ki, əvvəlki dövrlərdə internet və rəqəmsal həllər geniş yayılmasa da, hazırda bu imkanlar mövcuddur.
Lakin texnologiyadan düzgün və vaxtında istifadə edilmədikdə bu, ümumi sərnişin axınına təsir göstərə bilər.
"Bununla belə, hazırda metropolitendə bu amilin sərnişin hərəkətinə ciddi təsiri müşahidə olunmur.
NFC, QR kod və QR bilet sistemləri ölkədə müxtəlif sahələrdə, xüsusilə də alış-veriş proseslərində geniş tətbiq olunur və əhali bu texnologiyalara böyük ölçüdə öyrəşib.
Tam oxu
Xəbəri oxu