Metrodan istifadə edənlərin NƏZƏRİNƏ Bu halda ləngimələr yarana bilər
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı metropolitenində NFC və QR əsaslı ödəniş sistemlərinin tətbiqində düzgün istifadə məsələsi xüsusi diqqət tələb edir.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyalardan istifadə imkanları genişlənsə də, bəzi hallarda sərnişinlərin bu sistemlərdən düzgün istifadə etməməsi müəyyən çətinliklər yarada bilir.
B. Məmmədov qeyd edib ki, əvvəlki dövrlərdə internet və rəqəmsal həllər geniş yayılmasa da, hazırda bu imkanlar mövcuddur. Lakin texnologiyadan düzgün və vaxtında istifadə edilmədikdə bu, ümumi sərnişin axınına təsir göstərə bilər.
"Bununla belə, hazırda metropolitendə bu amilin sərnişin hərəkətinə ciddi təsiri müşahidə olunmur. NFC, QR kod və QR bilet sistemləri ölkədə müxtəlif sahələrdə, xüsusilə də alış-veriş proseslərində geniş tətbiq olunur və əhali bu texnologiyalara böyük ölçüdə öyrəşib. Bu səbəbdən metropolitendə də ciddi çətinliklər qeydə alınmır. Lakin metro fərqli mühitdir. Burada əsas məsələ yalnız texnologiyanın tətbiqi deyil, onun düzgün və vaxtında istifadəsidir. NFC sisteminin tətbiqində planlama mərhələsində maarifləndirmə və məlumatlandırma xüsusi rol oynayır", - deyə o vurğulayıb.
Mətbuat katibi əlavə edib ki, sərnişinlərin NFC funksiyalarını turniket qarşısında aktivləşdirməyə çalışması bəzi hallarda keçid prosesində ləngimələrə səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 20 Yanvar 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















