Metroların qarşılarında satılan qamburgerlər keyfiyyətlidir? | Icma.az
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Metroların qarşılarında və ya insanların sıx toplaşdığı yerlərdə dönərlə yanaşı, qamburger və ya hotdoqlar da satılır".
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O təəssüflə bildirib ki, insanlar da bu zərərli məhsulları alıb yeyirlər:"Əslində, hər zaman mənşəyi məlum olmayan dönərlərin, qamburgerlərin və ya hotdoqların ziyanından danışırıq.
Lakin nədənsə insanlar hələ də bu cür məhsulları almağa davam edirlər.
Hərçənd ki, bu məhsullar gigiyenik qaydaların kobud şəkildə pozulduğu yerlərdə hazırlanır və satılır.
İnsanlar isə onları almaqla sağlamlıqlarını bilərəkdən riskə atırlar.
Ancaq nəzərə almaq lazımdır ki, sözügedən məhsulların mənşəyi məlum deyil. Onlarda istifadə olunan ətlər barədə baytarlıq kağızı yoxdur.
Tam oxu
Xəbəri oxu