Icma.az
close
up
RU
Metroların qarşılarında satılan qamburgerlər keyfiyyətlidir?

Metroların qarşılarında satılan qamburgerlər keyfiyyətlidir?

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Metroların qarşılarında və ya insanların sıx toplaşdığı yerlərdə dönərlə yanaşı, qamburger və ya hotdoqlar da satılır". 

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib. 

O təəssüflə bildirib ki, insanlar da bu zərərli məhsulları alıb yeyirlər:

"Əslində, hər zaman mənşəyi məlum olmayan dönərlərin, qamburgerlərin və ya hotdoqların ziyanından danışırıq. Lakin nədənsə insanlar hələ də bu cür məhsulları almağa davam edirlər. Hərçənd ki, bu məhsullar gigiyenik qaydaların kobud şəkildə pozulduğu yerlərdə hazırlanır və satılır. İnsanlar isə onları almaqla sağlamlıqlarını bilərəkdən riskə atırlar. 

Ancaq nəzərə almaq lazımdır ki, sözügedən məhsulların mənşəyi məlum deyil. Onlarda istifadə olunan ətlər barədə baytarlıq kağızı yoxdur. Hətta qida təhlükəsizliyi sertifikatı olmadan dönər, qamburger və ya hotqod kimi məhsullar satılır. Alıcılar da sanki bunları bilməmiş kimi davranırlar. Bu isə onların öz sağlamlıqlarına biganə olduqlarını göstərir".

Mütəxəssis sözügedən məhsulların çox böyük hissəsinin antisanitar vəziyyətdə hazırlanmasını bir daha diqqətə çatdırıb:

"Hətta bu cür məhsulları içində istifadə olunan qidaların heç biri düzgün saxlanırmır. Bəlkə də, monitorinq aparılsa görərik ki, həmin yerlərdəki dönərçilərin əllərini yumaq üçün su belə yoxdur. Çoxunda soyuducu da olmur. 

Üstəlik, axşamdan qalan bişmiş dönərlər və ya hazırlanmış qamburgerlərin yenidən emala gedib-getmədiyi də sual altındadır. Həmçinin, dönərçinin tibbi müayinədən keçib keçməməsi də bəlli deyil. Bütün bunlar isə araşdırılmalıdır". 

İlkin Şirinov diqqətə çatdırıb ki, satış qiyməti maya dəyərindən aşağı satılan məhsullar təhlükəlidir:

"Necə olur ki, dönər, qamburger və ya hotdoqların maya dəyəri satış qiymətindən daha baha çıxır? Onların tərkibi nədəndir? Məsələn, toyuq ətinin 1 kiloqramı 5-6 manata müştərilərə təklif olunur. Bəs 1 manata satılan dönər və ya qamburger nə ətindəndir? Bunlar hansı məhsullardan hazırlanır? Bütün bunlar çox şübhəlidir. 

Mən istehlakçıları sağlamlıqlarının qeydinə qalmağa çağırıram. Toz-torpağın içində satılan üzərinə ətdən hazırlanan dönəri və ya qamburgeri görə-görə almaq bəzi insanların sağlamlıqlarına biganə yanaşdığından xəbər verir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri