Metronun yeni inkişaf mərhələsi başlayır | Icma.az
Icma.az, Sherg.az portalına istinadən məlumat verir. Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək mə
Bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 27,7 milyon manat subsidiya nəzərdə tutulub.
Qeyd edək ki, metropolitendə xidmət tarifinin maya dəyərindən aşağı olması, gediş haqqının bir sərnişinin daşınmasına sərf olunan vəsaitlə uyğun gəlməməsi çox zaman müzakirə mövzusu olub.
Lakin həmişə də dövlət metropolitenə subsidiya ayırmaqla zərəri qarşılayıb. Növbəti ildə də metropolitenə subsidiya ayrılacaq.
Bu, metroda gedişhaqqının qalxmayacağı anlamına gəlirmi və sərnişinlər ən rahat və sərfəli nəqliyyat növü olan metroda gedişhaqqının qalxmayacağına ümid edə bilərmi?
Yol-nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, metroda gedişhaqqının qalxacağı müzakirə mövzusu ola bilməz: - Metropolitenə subsidiya ayrılması praktikası illərdir var.
Zərər isə ona görə əmələ gəlmişdi ki, pandemiya dövründə metropoliten uzun müddət, təxminən 270 gün qapalı qaldı.
Tam oxu
Xəbəri oxu