Icma.az
close
up
RU
Metronun yeni inkişaf mərhələsi başlayır

Metronun yeni inkişaf mərhələsi başlayır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək məqsədi daşıyır


  Azərbaycanda 2025-ci ilin dövlət büdcəsindən nəqliyyat və rabitə xərcləri üçün 515,6 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib. Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 27,7 milyon manat subsidiya nəzərdə tutulub. Qeyd edək ki, metropolitendə xidmət tarifinin maya dəyərindən aşağı olması, gediş haqqının bir sərnişinin daşınmasına sərf olunan vəsaitlə uyğun gəlməməsi çox zaman müzakirə mövzusu olub. Lakin həmişə də dövlət metropolitenə subsidiya ayırmaqla zərəri qarşılayıb. Növbəti ildə  də metropolitenə subsidiya ayrılacaq. Bu, metroda gedişhaqqının qalxmayacağı anlamına gəlirmi və sərnişinlər ən rahat və sərfəli nəqliyyat növü olan metroda gedişhaqqının qalxmayacağına ümid edə bilərmi?   

  Yol-nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd  etdi ki, metroda gedişhaqqının qalxacağı müzakirə mövzusu ola bilməz: 


- Metropolitenə subsidiya ayrılması praktikası illərdir var. Zərər isə ona görə əmələ gəlmişdi ki, pandemiya dövründə metropoliten uzun müddət, təxminən 270 gün qapalı qaldı. Sonra mərhələli şəkildə sərnişin dövriyyəsinin artırılmasına başlandı. Yəni kəsir buna görə əmələ gəldi. Ayrılan subsidiya isə riskləri qarşılayır. Metroda gedişhaqqının qalxacağı ilə bağlı da proqnoz yoxdur. Əksinə, metronun yeni inkişaf mərhələsi başlayır.  Metronun inkişafı ilə bağlı memorandum imzalanıb. Çox güman ki, Avropa İnvestisiya Bankından kredit götürüləcək, yeni xətlər çəkiləcək. Bu da metroda effektiv daşınmanın təmin olunmasına kömək edəcək. Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olarkən dövlət başçısına Bakı metropoliteninin perspektiv inkişaf planı təqdim olundu. Metropolitenin inkişaf prioritetlərinə “Bənövşəyi xətt”in Babək prospektinə kimi uzadılması, Sahil stansiyasında “Bənövşəyi xətt”ə keçidin olacağı, Xətai-Həzi Aslanov xəttinin tikintisi daxildir. Xərclər təxminən 4 milyard  manata kimi təşkil edə bilər. Nəticədə metropoliten xidmətindən 120 milyon əlavə sərnişin istifadə edə bilər.

  R.Ağamirzəyev qeyd etdi ki, Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İnvestisiya Bankı arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, tərəflər Bakı Metropoliteni şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər. Anlaşma Memorandumunun icrası paytaxtda mobilliyin inkişafı istiqamətində mühüm addım olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınması istiqamətində səyləri gücləndirəcək. “Metropolitenin inkişafı “Bakı şəhərinin mobillik proqramı”nın əsas komponentidir. Həmin layihədə metronun əlçatanlığının və xidmət keyfiyyətinin artırılması üçün 9 yeni stansiyanın inşası, eləcə də mövcud infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək məqsədi daşıyır. Bu da insanların yola sərf etdikləri vaxtı azaltmağa kömək edəcək və şəhərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri