Icma.az bildirir, Yenicag portalına istinadən. “Suriya hakimiyyəti ölkədə vəziyyəti qarışdırmaq istəyənlərə qarşı əməliyyatı uğurla başa çat
Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib.
Analitik günlərdir Suriyada müəyyən qüvvələr tərəfindən baş verən qiyamı şərh edərək bildirib ki, qiyama rəhbərlik edən şəxs keçmiş Əsəd generalıdır: “Suriyadakı qiyama Bəşər Əsəd rejimindən qalmış briqada generalı Qiyas Süleyman Dalla başçılıq edir.
O, açıqlamasında da Dəməşq qarşısında şərt irəli sürüb ki, təmsil etdiyi təriqətin məhv edilməsinin qarşısı alınsın və o təriqət acısından çıxış edib.
Əslində, təriqətçilik Suriyada bölücülüyə cəhddir. Əhməd əş-Şaraa dünənki müraciətində ölkənin bütün dini təriqətlərini, fərqli dinə inananl
Təriqət, məzhəb, din ayrı seçkiliyi fərqi qoyulmayacağını bildirib.
Təriqət məsələsini Suriyada qızışdıran və bu istiqamətdə hətta Türkiyəyə belə təzyiqlər edən İran mediası və rəsmiləridir.
Süleyman Dalla Bəşər Əsədin qardaşı Mahir Əsədin yaxınlarından sayılır.