Icma.az
close
up
RU
Məzhəbçilərin Suriya EHTİRASI Yaxın Şərqdə kartlar yenidən DAĞIDILIR

Məzhəbçilərin Suriya EHTİRASI Yaxın Şərqdə kartlar yenidən DAĞIDILIR

Icma.az bildirir, Yenicag portalına istinadən.

“Suriya hakimiyyəti ölkədə vəziyyəti qarışdırmaq istəyənlərə qarşı əməliyyatı uğurla başa çatdırıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib.

Analitik günlərdir Suriyada müəyyən qüvvələr tərəfindən baş verən qiyamı şərh edərək bildirib ki, qiyama rəhbərlik edən şəxs keçmiş Əsəd generalıdır:

“Suriyadakı qiyama Bəşər Əsəd rejimindən qalmış briqada generalı Qiyas Süleyman Dalla başçılıq edir. O, açıqlamasında da Dəməşq qarşısında şərt irəli sürüb ki, təmsil etdiyi təriqətin məhv edilməsinin qarşısı alınsın və o təriqət acısından çıxış edib. Əslində, təriqətçilik Suriyada bölücülüyə cəhddir. Əhməd əş-Şaraa dünənki müraciətində ölkənin bütün dini təriqətlərini, fərqli dinə inananları birliyə çağırıb. Təriqət, məzhəb, din ayrı seçkiliyi fərqi qoyulmayacağını bildirib. Təriqət məsələsini Suriyada qızışdıran və bu istiqamətdə hətta Türkiyəyə belə təzyiqlər edən İran mediası və rəsmiləridir. Süleyman Dalla Bəşər Əsədin qardaşı Mahir Əsədin yaxınlarından sayılır. Dekabrın 8-də Bəşər Əsəd Moskvaya qaçandan sonra Mahir Əsəd İraqa qaçıb, oradan isə Rusiyaya qaçdığı iddia olunur”.

“Hadisənin digər tərəfi qiyamın baş verdiyi ərazi Latakiya və Tartus bölgələridir. Bu ərazidə isə Rusiyanın hərbi bazası yerləşir. Rusiya və Suriya Dəməşqin keçmiş başçısı Bəşər Əsədin müdafiəçiləri olub. Bu ilin yanvarında İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei bəyan etdi ki, suriyalı gənclər ölkədə hazırkı rejimi devirəcək və intiqam alacaqlar. İran iddia edir ki, bu müqavimət hərəkatıdır”, – deyə o, əlavə edib.

S. Soltan hesab edir ki, Suriyada baş verənlərə maraqlı olan tərəflər İran və Rusiyadır:

“Hadisənin baş verməsində maraqlı olan İran və Rusiyadır. İran bölgədə ABŞ və mövcud hakimiyyəti dəstəkləyən qüvvələrə güc göstərir, həmçinin onlarla müəyyən bazarlıq etmək niyyətindədir. İkincisi, Rusiya isə hərbi bazasının Suriyada qalması üçün rəsmi Dəməşqə təzyiq göstərir. Hadisədən istifadə etmək istəyən başqa bir qüvvə isə PKK-dır. Çünki, Suriya prezidenti Əhməd əş-Şaraa bildirib ki, ölkədə qanunsuz silahlı birləşmələrə yer yoxdur. Yeganə rəsmi ordu olmalıdır, bu da PKK-nın kürkünə birə salıb. Ola bilər ki, PKK da həmin əməliyyatdan faydalanmaq məqsədi daşıyır. Hətta Suriyadakı PKK ilə İran hakimiyyəti arasında müəyyən əlaqələrin olduğu da iddia olunur. Odur ki, Suriyadakı qiyamı İran, Rusiya, PKK və müəyyən mənada İsrail qüvvələri törədə bilər”.

Mütəxəssis onu da vurğulayıb ki, İsrailin bu məsələdə hədəfi Türkiyəyə qarşı olmaq və PKK-nı dəstəkləməkdir:

“Bütün hallarda qiyam Suriyanın ərazi bütövlüyü, milli birliyi və Suriyanın vahid ordusunun formalaşmasına qarşıdır. Digər tərəfdən isə mövcud hakimiyyətin nəbzini yoxlamaqdır. Yəni belə bir qiyam baş verərsə, Əhməd əş-Şaraa hakimiyyəti necə müqavimət göstərəcək və davam gətirə biləcəkmi? Bu hadisələr göstərir ki, rəsmi Dəməşq ilk imtahandan uğurla çıxdı. Bəlli ərazilərdə baş vermiş qiyamın yatırılması həm də PKK qollarına bir siqnaldır. Bu hadisələrdə İran və başqa qüvvələr Türkiyənin adını hallandırır, amma həmin baş verən ərazi Türkiyənin Suriyadakı hərbçilərinin yerləşdiyi antiterror əməliyyat bölgəsinə problem yaratmır. O baxımdan, Türkiyənin açıq şəkildə və ya hər hansı şəkildə rolu yoxdur. Digər tərəfdən, Suriyaya yenidən əlavə qoşun yeritmək üçün Türkiyə parlamentinin icazəsi olmalıdır və bu qanunu prezident verə bilmir. Suriyadakı hadisələr mövcud hakimiyyətə sınaq, qarşı tərəfə isə dərsdir”.

Yekunda politoloq qeyd edib ki, Suriyadakı hərbi əməliyyatlar yekunlaşıb:

“Əməliyyatlar başa çatıb. Əhməd əş-Şaraa hakimiyyəti ona qarşı edilən və Suriyadakı vəziyyəti qarışdırmaq istəyənlərə ilk əməliyyatı uğurla başa çatdırmış sayıla bilər”.

Yenicag.az

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri