Məzunların əmək bazarına çıxışı olduqca çətindir Kamran Əsədov | Icma.az
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Orta ixtisas təhsili müəssisələrində tədrisin keyfiyyəti və tələbələrin hazırlıq səviyyəsi aşağıdır.
Kolleclərdə təhsil alan gənclərin dünya görüşü məhdud, ixtisas bilikləri səthi, praktiki bacarıqları isə demək olar ki, yox dərəcəsindədir.
Mövcud sistem tələbələrin əmək bazarına hazır olmasını təmin etmir, nəticədə məzunların böyük əksəriyyəti ya iş tapa bilmir, ya da tamamilə fərqli sahələrdə çalışmaq məcburiyyətində qalır.
Tədris proqramlarında nəzəriyyə üstünlük təşkil edir, praktik bilik və bacarıqlara isə kifayət qədər yer verilmir.
Kolleclərdə müasir laboratoriyalar və istehsalat təcrübəsi üçün lazımi infrastruktur yoxdur, bu isə tələbələrin real iş mühitinə uyğun yetişməsinə mane olur.
Müəllim heyətinin bilikləri və tədris metodları yenilənmir, bu da təhsilin keyfiyyətinin aşağı olmasına səbəb olur.
Peşə təhsilinin nüfuzunun aşağı olması, tələbələrin öz ixtisaslarına marağının olmaması və təhsil müddətində onlara praktiki bacarıqların verilməməsi kollecləri zəiflədir.
Tam oxu
Xəbəri oxu