Icma.az
close
up
RU
Məzunların əmək bazarına çıxışı olduqca çətindir Kamran Əsədov

Məzunların əmək bazarına çıxışı olduqca çətindir Kamran Əsədov

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Orta ixtisas təhsili müəssisələrində tədrisin keyfiyyəti və tələbələrin hazırlıq səviyyəsi aşağıdır. Kolleclərdə təhsil alan gənclərin dünya görüşü məhdud, ixtisas bilikləri səthi, praktiki bacarıqları isə demək olar ki, yox dərəcəsindədir. Mövcud sistem tələbələrin əmək bazarına hazır olmasını təmin etmir, nəticədə məzunların böyük əksəriyyəti ya iş tapa bilmir, ya da tamamilə fərqli sahələrdə çalışmaq məcburiyyətində qalır.

Tədris proqramlarında nəzəriyyə üstünlük təşkil edir, praktik bilik və bacarıqlara isə kifayət qədər yer verilmir. Kolleclərdə müasir laboratoriyalar və istehsalat təcrübəsi üçün lazımi infrastruktur yoxdur, bu isə tələbələrin real iş mühitinə uyğun yetişməsinə mane olur. Müəllim heyətinin bilikləri və tədris metodları yenilənmir, bu da təhsilin keyfiyyətinin aşağı olmasına səbəb olur. Peşə təhsilinin nüfuzunun aşağı olması, tələbələrin öz ixtisaslarına marağının olmaması və təhsil müddətində onlara praktiki bacarıqların verilməməsi kollecləri zəiflədir.

Məzunların əmək bazarına çıxışı olduqca çətindir. Əksər işəgötürənlər kolleclərin hazırladığı kadrların peşəkar bacarıqlara malik olmadığını bildirir. Bu səbəbdən kolleclərin nüfuzu aşağı düşür və onlar ali təhsil müəssisələri ilə müqayisədə ikinci dərəcəli təhsil pilləsi kimi qəbul edilir. Bu problemlərin həlli üçün tədris proqramları əmək bazarına uyğun yenilənməli, müəssisələrlə əməkdaşlıq gücləndirilməli və tələbələrin peşəkar hazırlıq səviyyəsi artırılmalıdır. Müəllim heyətinin müasir metodlarla işləməsi üçün ixtisasartırma kursları təşkil olunmalı, kolleclərdə praktiki təlimlər və işə hazırlıq proqramları genişləndirilməlidir.

Əgər bu islahatlar həyata keçirilməzsə, kolleclər yaxın gələcəkdə əmək bazarına uyğun kadr hazırlamaq qabiliyyətini tamamilə itirə bilər. Orta ixtisas təhsili müəssisələrinin cəmiyyət üçün əhəmiyyətini artırmaq üçün onların müasir iqtisadi tələblərə uyğunlaşdırılması və tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi vacibdir. Peşə təhsilinin gücləndirilməsi və kolleclərin iş dünyası ilə sıx inteqrasiyası bu problemlərin həllində əsas açar rolunu oynayır.

Kamran Əsədov, 

təhsil eksperti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Fevral 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri