Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin yüksəkixtisaslı kardioloqu Ləman Eyvazlı 23 iyul 2025-ci il tarixində saat 16.00-da canlı yayımda “Kalsium skor testi” mövzusunda canlı yayımda çıxış edəcək.
SİA xəbər verir ki, sualları canlı yayım vaxtı və yaxud öncədən də ünvanlaya bilərsiniz!
Dr.Ləman Eyvazlı Mərkəzi Gömrük Hospitalında Transtorasik EXO, Pediatrik və Kongenital EXO, Transezofageal EXO (yetişkin ve pediatrik), 3D, Strain, Dobutamin EXO müayinələrini icra edir.
O, 2017-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra – 2019-2023-cü illərdə Mərkəzi Klinikanın Kardiologiya şöbəsində həkim-rezident kimi çalışıb.
2021-ci ildə Türkiyənin İstanbul şəhərində “Mehmet Akif Ersoy” hospitalının Exokardioqrafiya laboratoriyasında təcrübəçi həkim-rezident, 2023-cü ildə həmin hospitalın Pediatrik Exokardioqrafiya bölümündə təcrübəçi həkim-rezident vəzifəsində çalışmışdır.
Dr.Ləman Eyvazlı 2023-cü ildən 9 mart 2025-ci ilədək Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində kardioloq kimi fəaliyyət göstərib.
Ləman həkim 10 mart 2025-ci il tarixindən Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsində həkim-kardioloq vəzifəsində çalışır.