Icma.az
close
up
RU
MGH nin kardioloqu “Kalsium skor testi” mövzusunda canlı yayımda çıxış edəcək

MGH nin kardioloqu “Kalsium skor testi” mövzusunda canlı yayımda çıxış edəcək

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin yüksəkixtisaslı kardioloqu Ləman Eyvazlı 23 iyul 2025-ci il tarixində saat 16.00-da canlı yayımda “Kalsium skor testi” mövzusunda canlı yayımda çıxış edəcək. SİA xəbər verir ki, sualları canlı yayım vaxtı və yaxud öncədən də ünvanlaya bilərsiniz! Dr.Ləman Eyvazlı Mərkəzi Gömrük Hospitalında Transtorasik EXO, Pediatrik və Kongenital EXO, Transezofageal EXO (yetişkin ve pediatrik), 3D, Strain, Dobutamin EXO müayinələrini icra edir. O, 2017-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra – 2019-2023-cü illərdə Mərkəzi Klinikanın Kardiologiya şöbəsində həkim-rezident kimi çalışıb. 2021-ci ildə Türkiyənin İstanbul şəhərində “Mehmet Akif Ersoy” hospitalının Exokardioqrafiya laboratoriyasında təcrübəçi həkim-rezident, 2023-cü ildə həmin hospitalın Pediatrik Exokardioqrafiya bölümündə təcrübəçi həkim-rezident vəzifəsində çalışmışdır. Dr.Ləman Eyvazlı 2023-cü ildən 9 mart 2025-ci ilədək Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində kardioloq kimi fəaliyyət göstərib. Ləman həkim 10 mart 2025-ci il tarixindən Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsində həkim-kardioloq vəzifəsində çalışır. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/leman-eyvazli

Çoxsaylı beynəlxalq konfranslarda, seminarlarda, təkmilləşdirmə kurslarında, təlimlərdə iştirak edən Ləman Eyvazlı daim öz üzərində işləyir, tibbin son nailiyyətlərini öyrənir, bilik və bacarıqlarını zənginləşdirir. O, 2022-ci ildə Türkiyə Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən təlim və kurslarda: Türkiyənin İstanbul şəhərində Kardiak MRT təlimində, Trabzon şəhərində “3D Exokardioqrafiya” kursunda, İstanbul şəhərində “Aortik Protez qapaq multimodal dəyərləndirmə” kursunda, “Transezofageal simulyasiya” kursunda iştirak edib. Dr.Ləman Eyvazlı 2023-cü ildə Çexiyanın Praqa şəhərində Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Ürək Çatışmazlığı” Konqresində, yenə həmin cəmiyyətin təşkilatçılığı ilə Hollandiyanın Amsterdam şəhərində keçirilən ESC 2023 Konqresində, 2024-cü ildə Almaniyanın Berlin şəhərində Almaniya Ürək Mərkəzinin təşkilatçılığı ilə “Ürək çatışmazlığı və qapaq xəstəliklərində 3D Exokardioqrafiya Konfransı”nda, 2024-cü ildə ABŞ-ın Kolorado ştatında yerləşən Mayo klinikasının təşkilatçılığı ilə keçirilən “Xəstə əsaslı Exokardioqrafiya və Multimodal görüntüləmə” onlayn kursunda, 2024-cü ildə Yunanıstanın Afina şəhərində Yunanıstan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiovaskulyar Görüntüləmə Assosasiyasının təşkilatçılığı ilə Ürək-damar görüntüləmə Konqresində, Portuqaliyanın Lissabon şəhərində Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Ürək Çatışmazlığı” konfransında, Türkiyənin İstanbul şəhərində Avropa Ürək-Damar Cəmiyyəti, Avropa Kardiocərrahiyyə Cəmiyyəti və Endovaskulyar Cərrahiyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən 72-ci Beynəlxalq Konqresdə, Almaniyanın Frankfurt şəhərində “CSİ Frankfurt – 2024” tədbirində, Türkiyənin Diyarbakır şəhərində Türkiyə Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Kardiak görüntüləmə və qapaq xəstəlikləri” tədbirində, Antalya şəhərində Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim kurslarında iştirak etmişdir.

Ləman həkim Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardiologiya Cəmiyyətinin və Amerika Kardiologiya Cəmiyyətinin üzvüdür. Dr.Ləman Eyvazlının qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 İyul 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see158

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see138

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri