MHL Stenli kuboku ilə bağlı ruslara qoyduğu qadağanı götürməyib | Icma.az
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Vaşinqton”un rusiyalı ulduzu Aleksandr Oveçkinin Ueyn Qretskinin müntəzəm çempionatda qol sayına görə rekordunu (894) qırdığını xəbər vermişdik.
Oveçkinin indi hər kəsin diqqət mərkəzində olması təbiidi. Ona bugünlərdə fəaliyyətdə olan oyunçulardan hansının yeni rekord müəyyənləşdirə
Leon Drayzaytl, Natan Makkinnon, Nikita Kuçerov, Konnor Makdevid, Oston Mettyus...
Hər birinin şansı var”.39 yaşlı Oveçkin indiyə qədər müntəzəm çempionatda 897, pley-offda 72, Qretski isə müntəzəm çempionatda 894, pley-offda 72 qol vurub.
Yəni ümumi qol sayında yenə də Qretski (969-a qarşı 1016) irəlidədi.Oveçkin bugünlərdə verdiyi müsahibələrin birində “Vaşinqton” çempion olarsa, kuboku Rusiyaya gətirmək istəyini gizləyməyib.
Ancaq MHL-in komissarının müavini Bill Deyli qurumun hələ də rusiyalı hokkeyçilərin kuboku bu ölkəyə gətirməsinə qoyduğu qadağanı götürmədiyini bildirib: “Heç nə bizi indiki yanaşmamızı dəyişməyə məcbur etməyib”.Xatırladaq ki, MHL Rusiyanın 2022-ci ilin fevralında başladığı işğalçı müharibəyə görə belə qadağa qoyub.
Ona qədər isə rusiyalı hokkeyçilər Stenli kubokunu dəfələrlə ölkəsinə gətirib.Oveçkinlə bağlı başqa bir maraqlı xəbər də var.
Tam oxu
Xəbəri oxu