Icma.az
close
up
RU
MHL Stenli kuboku ilə bağlı ruslara qoyduğu qadağanı götürməyib

MHL Stenli kuboku ilə bağlı ruslara qoyduğu qadağanı götürməyib

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Vaşinqton”un rusiyalı ulduzu Aleksandr Oveçkinin Ueyn Qretskinin müntəzəm çempionatda qol sayına görə rekordunu (894) qırdığını xəbər vermişdik. Oveçkinin indi hər kəsin diqqət mərkəzində olması təbiidi. Ona bugünlərdə fəaliyyətdə olan oyunçulardan hansının yeni rekord müəyyənləşdirə biləcəyi ilə bağlı sual verilib:

“Təki uşaqlar mənim rekordumu qıra bilsin. Leon Drayzaytl, Natan Makkinnon, Nikita Kuçerov, Konnor Makdevid, Oston Mettyus... Hər birinin şansı var”.


39 yaşlı Oveçkin indiyə qədər müntəzəm çempionatda 897, pley-offda 72, Qretski isə müntəzəm çempionatda 894, pley-offda 72 qol vurub. Yəni ümumi qol sayında yenə də Qretski (969-a qarşı 1016) irəlidədi.
Oveçkin bugünlərdə verdiyi müsahibələrin birində “Vaşinqton” çempion olarsa, kuboku Rusiyaya gətirmək istəyini gizləyməyib. Ancaq MHL-in komissarının müavini Bill Deyli qurumun hələ də rusiyalı hokkeyçilərin kuboku bu ölkəyə gətirməsinə qoyduğu qadağanı götürmədiyini bildirib:

“Heç nə bizi indiki yanaşmamızı dəyişməyə məcbur etməyib”.


Xatırladaq ki, MHL Rusiyanın 2022-ci ilin fevralında başladığı işğalçı müharibəyə görə belə qadağa qoyub. Ona qədər isə rusiyalı hokkeyçilər Stenli kubokunu dəfələrlə ölkəsinə gətirib.
Oveçkinlə bağlı başqa bir maraqlı xəbər də var. “Sportrac” portalının yaydığı xəbərə görə, məhz “Vaşinqton”un hücumçusu və kapitanı MHL tarixində ən çox qazanan hokkeyçidi. Şimali Amerika liqasında 20-ci mövsümünü keçirən rusiyalı bu müddətdə 161,72 milyon dollar qazanıb. Onun klubla müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdi, hələ daha 9 milyon qazanacaq. Belədə onun qazancı 170 milyon dolları ötəcək. MHL-də qazanca görə 2-ci pillədə “Pittsburq”un forvardı Sidni Krosbi (indi 155,89, müqavilə müddətinin sonunda 173,29 milyon), 3-cü pillədə isə kanadalının rusiyalı həmklubu Yevgeni Malkin (indi 146,87, müqavilə müddətinin sonunda 151,67 milyon) qərarlaşıb.
MHL-də rekordlar təkcə Oveçkinin adı ilə bağlı deyil. Məhsuldarlığa görə onu qabaqlayanlar da var. “Toronto”nun hücumçusu Oston Mettyus aprelin 16-da “Baffalo” ilə oyunda fərqlənməklə müntəzəm çempionatda keçirdiyi 628-ci oyunda qol sayını 400-ə çatdırdı. 27 yaşlı amerikalı 400 qol həddinə Oveçkindən də tez çatdı. Rusiyalı ulduz 400-cü qolu 634-cü oyunda vurmuşdu.
Srağagün “San-Xose” ilə oyunda ilk qolun məhsuldar ötürməsini verən “Edmonton”un hücumçusu Konnor Makdevid cari mövsümdə xal sayını 100-ə (26+74) çatdırdı. O, karyerasında 8-ci dəfə bir mövsümdə ən azı 100 xal toplamağı bacardı. Makdevid bu göstəricidə Marsel Dionn ilə bərabərləşdi. Ueyn Qretskinin hesabında 15, Mario Lemyenin hesabında 10 belə mövsüm var.
Müntəzəm çempionat başa çatdı və Stenli kuboku uğrunda mübarizə aparacaq bütün komandalar müəyyənləşdi. Qərb konfransında ilk pley-off mərhələsinin cütləri: “Vinnipeq” – “Sent-Luis”, “Dallas” – “Kolorado”, “Veqas” – “Minnesota”, “Los-Anceles” – “Edmonton”. Şərq konfransında pley-off cütləri: “Tampa-Bey” – “Florida”, “Ottava” – “Toronto”, “Karolina” – “Nyu-Cersi”, “Vaşinqton” – “Monreal”.
15 aprel
Detroyt – Dallas 6:4 (2:1, 0:2, 4:1)
Florida – Reyncers 3:5 (1:1, 2:2, 0:2)
Monreal – Çikaqo 3:4 Б (2:1, 0:1, 1:1, 0:0, 0:1)
Neşvill – Yuta 3:7 (1:2, 2:2, 0:3)
Edmonton – Los-Anceles 2:1 ОТ (0:0, 0:1, 1:0, 1:0)
Vankuver – San-Xose 0:5 (0:3, 0:1, 0:1)
16 aprel
Boston – Nyu-Cersi 4:5 ОТ (1:1, 2:3, 1:0, 0:1)
Baffalo – Toronto 0:4 (0:0, 0:1, 0:3)
Ottava – Çikaqo 3:4 ОТ (1:2, 2:1, 0:0, 0:1)
Filadelfiya – Kolambus 0:3 (0:0, 0:2, 0:1)
Tampa-Bey – Florida 5:1 (3:0, 1:1, 1:0)
Aylenders – Vaşinqton 1:3 (0:1, 0:1, 1:1)
Minnesota – Anahaym 3:2 ОТ (1:1, 0:0, 1:1, 1:0)
Sent-Luis – Yuta 6:1 (4:0, 0:1, 2:0)
Kalqari – Veqas 5:4 Б (1:3, 0:0, 3:1, 0:0, 1:0)
Sietl – Los-Anceles 5:6 (0:2, 2:2, 3:2)
17 aprel
Monreal – Karolina 4:2 (1:1, 2:0, 1:1)
Vinnipeq – Anahaym 2:1 ОТ (0:0, 1:0, 0:1, 1:0)
Nyu-Cersi – Detroyt 2:5 (0:1, 0:1, 2:3)
Neşvill – Dallas 5:1 (3:1, 2:0, 0:0)
Vankuver – Veqas 1:4 (1:0, 0:1, 0:3)
San-Xose – Edmonton 0:3 (0:1, 0:1, 0:1)
18 aprel
Baffalo – Filadelfiya 5:4 (3:1, 1:1, 1:2)
Kolambus – Aylenders 6:1 (0:0, 5:0, 1:1)
Reyncers – Tampa-Bey 4:0 (0:0, 1:0, 3:0)
Ottava – Karolina 7:5 (3:2, 0:3, 4:0)
Pittsburq – Vaşinqton 5:2 (1:1, 2:1, 2:0)
Toronto – Detroyt 4:3 ОТ (1:1, 0:2, 2:0, 1:0)
Los-Anceles – Kalqari 1:5 (0:0, 0:1, 1:4)
Qərb konfransı
Mərkəzi divizion
1 2 3 4 5 6

1. Vinnipeq 82 56 4 22 277-191 116
2. Dallas 82 50 6 26 277-224 106
3. Kolorado 82 49 4 29 277-234 102
4. Minnesota 82 45 7 30 228-238 97
5. Sent-Luis 82 44 8 30 254-233 96
6. Yuta 82 38 13 31 241-251 89
7. Neşvill 82 30 8 44 214-274 68
8. Çikaqo 82 25 11 46 226-296 61
Sakit Okean divizonu
1. Veqas 82 50 10 22 275-219 110
2. Los-Anceles 82 48 9 25 250-206 105
3. Edmonton 82 48 5 29 259-236 101
4. Kalqari 82 41 14 27 225-238 96
5. Vankuver 82 38 14 30 236-253 90
6. Anahaym 82 35 10 37 221-263 80
7. Sietl 82 35 6 41 247-265 76
8. San-Xose 82 20 12 50 210-315 52
Şərq konfransı
Atlantik divizionu

1. Toronto 82 52 4 26 268-231 108
2. Tampa-Bey 82 47 8 27 294-219 102
3. Florida 82 47 4 31 252-223 98
4. Ottava 82 45 7 30 243-234 97
5. Monreal 82 40 11 31 245-265 91
6. Detroyt 82 39 8 35 238-259 86
7. Baffalo 82 36 7 39 269-289 79
8. Boston 82 33 10 39 222-272 76
Paytaxt divizionu
1. Vaşinqton 82 51 9 22 288-232 111
2. Karolina 82 47 5 30 266-233 99
3. Nyu-Cersi 82 42 7 33 242-222 91
4. Kolambus 82 40 9 33 273-268 89
5. Reyncers 82 39 7 36 256-255 85
6. Aylenders 82 35 12 35 224-260 82
7. Pittsburq 82 34 12 36 243-293 80
8. Filadelfiya 82 33 10 39 237-286 76
Qeyd: 1 – oyun, 2 – qələbə, 3 – overtaymda məğlubiyyət, 4 – məğlubiyyət, 5 – şayba, 6 – xal.
Bombardirlər: Kuçerov (Tampa-Bey) – 121 (37+84), Makkinnon (Kolorado) – 116 (32+84), Drayzaytl (Edmonton) – 106 (52+54), Pastrnyak (Boston) – 106 (43+63).
Snayperlər: Drayzaytl – 52, Nülander (Toronto) – 45, Tompson (Baffalo), Oveçkin (Vaşinqton) – 44.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Aprel 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see245

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see210

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see174

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see160

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see159

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see154

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see153

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see145

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see141

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see139

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see137

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see131

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see131

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see130

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see129

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see128

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see127

DTX tərəfindən saxlanılan “Abu Malik”in Fotosu

21 İyul 2025 16:06see123

Hikmət Hacıyevin adından yayılan xəbər SAXTADIR!

21 İyul 2025 17:49see122

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri