Icma.az, Moderator.az saytına istinadən bildirir. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dekabrın 6-da Sumqayıt və Lənkəran yaşayış kompleks
Satış elektron qaydada, "Güzəştli Mənzil" sistemi vasitəsilə baş tutub.
Lakin prosesdə bəzi vətəndaşlar sistemdə texniki problemlər yaşadıqlarını və mənzil seçimində çətinliklərlə üzləşdiklərini bildiriblər.
Bu, əsas narazılıqlara səbəb olub. MİDA açıqlamasında qeyd edib ki, satışın bütün mərhələləri qanunvericiliyə uyğun keçirilib.
Elektron kabinetə malik olan hər bir vətəndaşın seçimlərdə bərabər hüquqlara malik olduğu vurğulanıb.
Bununla belə, bəzi istifadəçilər sistemin yüklənmə problemləri səbəbindən ədalətsizlik yaşandığını iddia ediblər.
Narazılıqlar əsasən sistemin fəaliyyətindəki gecikmələr və seçim zamanı baş verən texniki problemlərlə əlaqədardır.
Onu da nəzərə çatdıraq ki, bu kimi narazılıqlar hər dəfə təkrarlanır? Bəs problemdən çıxış yolu nədədir?